Danimarkada F. Gülənin fikirləri müzakirə edildi
Dialog-Forum Dərnəyinin Arhus və Kopenhagen universitetləri ilə müştərək təşkil etdiyi konfransda Danimarka və Amerika alimləri Fəthullah Gülənin dialoq və birgəyaşam təlimini müzakirə etdi.
Arhus və Kopenhagen universitetlərində keçirilən konfransa Amerika professoru Cill Karoll da qatıldı. Karoll Kopenhagen Universitetində "Mədəniyyətlər Dialoqu: Gülənin İslami təlimi və humanist ifadə" adlı bir məruzə ilə çıxış etdi. Danimarka alimlərinin böyük maraq göstərdiyi konfransa müxtəlif ictimai sahələrdən yüzə yaxın iştirakçı qatıldı.
Dialog-Forum Dərnəyinin rəhbəri Mustafa Gezen konfransdan əvvəlki çıxışında: "Bu konfransı Fəthullah Gülən kimi məşhur bir mütəfəkkiri “Danimarka ictimaiyyəti də tanısın” deyə təşkil etdik. Onun fikirləri bütün dünyada olduğu kimi, Danimarka ictimaiyyətinin də inteqrasiya və sülhünə böyük töhfələr verəcək," – dedi.
Kopenhagen Universiteti Teologiya Fakültəsi prof. Jorgen Nielsen isə bu konfransla F. Gülənlə daha yaxından tanış olma imkanı tapacağını söylədi.
Gülən Hərəkatı mövzusunda bir çox tədqiqat işi aparan Cill Karoll çıxışına Gülən Hərəkatı ilə tanış olma əhvlatı ilə başladı: "Evdə idim. Bir gün tanımadığım iki gənc qapımı döydü və özlərini təqdim etdikdən sonra: “Bizimlə Türkiyəyə gələrsiniz?” – dedilər" deyən Karoll Gülən Hərəkatına daha dərindən anlamaq üçün başda İstanbul, Türkiyənin müxtəlif şəhərlərinə bir çox dəfə səfər etdiyini söylədi.
İnteqrasiya və birgəyaşamağa zəmin hazırlayır
Fəthullah Güləni: "O, fikirləri ilə dünyanın müxtəlif mədəniyyət nümayəndələrinə ilham mənbəyi və birgəyaşamağın yollarını göstərən alimdir" deyə tərif edən Karollun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
F. Gülənin çox fərqli, analoqu olmayan bir yanaşma tərzi irəli sürdüyünü dilə gətirən prof. Karoll belə dedi: "Ola bilsin ki eyni deyilik, hətta bir-birimizə bənzəyən cəhətlərimiz də olmaya bilrər, ancaq bu dünyada birgəyaşamağa məcburuq. Məhz Gülən dünyada fərqliliklərimizə baxmayaraq birgəyaşamağın yollarını göstərir".
Kopenhagen Universiteti nümayəndəsi prof. Risem Spielhaus isə Almaniyada Gülənin fikirləri əsasında açılan bir məktəbi tətdiq etdiyini, araşdırdığını dedi. Bu məktəb Berlində yaşayan insanların inteqraiyasına böyük töhfələr verdiyini deyən Spielhaus, bu kimi məktəblərin Danimarka daxil Avropanın bir çox bölgəsində fəaliyyət göstərdiyini və inteqrasiya fəaliyyətlərinə müsbət təsiri olduğunu ifadə etdi.
Gülənin fikirləri yayılsa idi, “karikatura böhranı” olmazdı
Çıxışlardan sonra iştirakçılardan Kopenhagen Universiteti tələbəsi Adrian Jensen “Cihan” xəbər agentliyinin verdiyi suala: “Fəthullah Gülənin dialoqla bağlı düşüncələri bütün dünyaya faydalıdır” cavabını verdi. Jensen: "Bu fikirlər bütün dünya üçün olduqca əhəmiyyətlidir... Gülənin fikirləri 2000-ci illərdə Danimarkada yayılmış olsa idi, “karikatura böhranı” baş verməzdi" dedi.
Syddans Universiteti Orta Şərq İşləri Mərkəzinin nümayəndəsi prof. Mehmet Ümit Necef isə Türklərdə digər dinlərə qarşı qərəzli baxışın olduğunu iddia etdi. Nəcəf: "Fəthullah Gülən bun baxışın aradan qalxmasında çox böyük rol oynadı," – dedi.
Danimarka Vallansbaek Bələdiyyəsi Məclis Üzvü prof. İsa Kuyucuoğlu isə fikirlərini belə çatdırdı: "Avropa təkkültürlü cəmiyyətdən çoxkültürlü cəmiyyətə keçiş dövründədir. Bu keçişdə müxtəlif din və dillər görüşür. Buna görə Qərb daha çox humanist liberal anlayışlı İslamiyyət tələb edir. Bu baxımdan Xocaəfəndinin başlatdığı bu fəaliyyətə bütün dünyanın ehtiyacı var". (Emrə Oğuz)
- tarixində yaradılmışdır.