Dəniz Baykal Mərakeşdə Türk məktəbini ziyarət etdi
CXP-nin sabiq sədri Dəniz Baykal Mərakeşdə fəaliyyət göstərən Türk məktəbini ziyarət etdi. Şagirdlərin türkcə çox səlis danışmasından məmnun qalan Baykal müəllimlərə təşəkkürünü bildirdi.
Avropa Şurasının Parlament Assableyasının toplantısında iştirak etmək üçün Mərakeşdə səfərdə olan CXP-nin sabiq sədri və CXP Antalya Millətvəkili Dəniz Baykal Mərakeş Kasablanka Muhəmməd əl-Fatih təhsil qurumlarını ziyarət etdi. Zirayətdə Baykalı Türkiyənin Mərakeşdəki səfiri Uğur Arınər müşayiət etdi. Baykal və onu müşayiət edən Arınəri Mərakeş Türk məktəblərinin sədri İbrahim Aktaş və məktəb idarə heyəti qarşıladı.
Mərakeşli şagirdlər qonaqlara kiçik bir tədbir hazırlayaraq Türk dilində şeir və mahnılar oxudular. Şagirdlərə Türk dilində suallar verən Baykal onların səlis türkçə danışmasından məmnun qaldı. Baykal bu ziyarətə şad olduğunu söyləyərək: “Türk mədəniyyətini, gözəl türkcəmizi və dəyərlərimizi buralara gətirərək ölkəmizi Mərakeşdə təmsil edən müəllimlərimizə təşəkkür edirəm”, - dedi.
Baykal bu məktəblərin Mərakeşlə Türkiyə arasında bir könül körpüsü qurduğunu, iki ölkə arasındakı əlaqələrə böyük töhvələr verdiyini açıqladı. Müəllim və şagird heyəti ilə bir-bir görüşən Dəniz Baykal ali təhsilini Monqolistanda almış, sonra könüllü olaraq Mərakeşə gələn İngilis dili müəlliməsi Səlda Qaragözə xüsusi təşəkkürünü çatdırdı.
- tarixində yaradılmışdır.