"Dialoq bu günün ehtiyacıdır"

Amerika Temple Universiteti Dialoq Komitəsi Rəhbəri professor Julie Sheetzwilar dialoqun günümüzdə bir ehtiyac olduğunu bildirdi. Türk Mədəniyyət Mərkəzi (TCC) South Jersey tərəfindən “Blue Monkey” restoranında verilən iftara qatılan professor Sheetzwilar dialoqla bağlı görülən hər işə dəstək verdiklərini dedi. Universitet olaraq dialoq fəaliyyətlərinə həssas yanaşdıqılarını bildirən professor Sheetzwilar: "Dünyanın bir çox ölkəsindən çox sayda insanı bir araya gətiririk. İnsanlar bir-birləri ilə görüşürlər. İnsanlar arasında dialoqun inkişafını təşviq edirik. Bu axşam da olduğumuz dialoq iftarı çox dəyərli bir iftar. Hər cür insanı görə bilirik. İnanıram ki, buna bənzər fəaliyyətlər davam edəcək. Bu mövzuda iş görən hər kəsi təbrik edirəm!" – dedi.

Elm xadimi Sheetzwilar: “Dünyada müharibə və zorakılığın əsasında insanların bir-birini ya anlamaması, ya da səhv anlaması durur” dedi. Sheetzwilar fərd və ya toplumlar arasında yanlış anlamaların aradan qaldırılması yolunun da dialoqdan keçdiyini bildirdi. Sheetzwilar dünyada sülhün bərqərar edilməsi üçün dialoqun şərt olduğunu da vurğuladı.

Proqramın bir başqa iştirakçısı da TCC South Jerseyin Administrativ Rəhbəri Süleyman Denden idi. Denden dialoq iftarlarında çox sayda amerikalı ilə bir araya gəldiklərini bildirdi. TCC South Jersey olaraq dialoq mövzusunda aktiv rol oynadıqlarını ifadə edən Denden: "Ramazan ayının əvvəlində də tərtib etdiyimiz gəzintilərlə çox sayda amerikalı ilə eyni ab-havanı paylaşdıq. Bu fəaliyyətlər çərçivəsində onlar da Türkiyəni tanımış olurlar. Hətta bu fəaliyyətlərdən sonra bir çoxu Türkiyəni görməyə gedir. Dialoq işlərimiz davam edəcək," – deyə qeyd etdi.

İftarda Türkiyəni tanıdan qısametrajlı film nümayiş edilərkən fəaliyyətin sonunda Denden professor Sheetzwilara qəhvə dəsti hədiyyə etdi. (“Cihan” Xəbər Agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.