Dialoq dünya sülhü üçün fərziyyə deyil, vacibdir

Kanadanın məşhur Carleton Universiteti və Mədəniyyətlərarası Dialoq İnstitutu Gülən Hərəkatını müzakirə etdi. Paytaxt Ottavada "Daha gözəl dünya üçün: Gülən Hərəkatı" adlı simpoziumda maraqlı çıxışlar oldu.

Waterloo Universitetindən prof. Darrol Bryant birinci dünya müharibəsində 15, ikinci dünya müharibəsində isə 50 milyon insanın həlak olduğunu bildirdi. Bryant ortaq insani dəyərlər əsasında qurulan dialoq fəaliyyətlərinin Gülən Hərəkatını qloballaşdırdığını vurğuladı. Saint Paul Universitetinin müəllimi Peter Barnes də Gülənin "müxtəliflik həyatın mühərrikidir" sözünün həyata baxışını dəyişdiyini və artıq dialoqdan qorxmadığını dedi. Fransa inqilabından sonra məktəblər açan Keşiş Basıl Moreau ilə Gülənin təhsil fəaliyyətlərində bənzərlik olduğunu yazan St. Edward's Universiteti müəllimi prof. Ceyms Puglisi isə Gülənin ifrat və təfritə girmədən, ümumbəşəri qaydalar əsasında ictimai bir hərəkata liderlik etdiyini söylədi. Gülənin siyasətdən uzaq duraraq fəaliyyətlərini yürütdüyünü deyən Puglisi: "Gülənin liderlik etdiyi dialoq fərziyyə deyil, vacibdir," – dedi.

Simpoziuma Kanadadan Carleton, Toronto, Waterloo, Wilfrid Laurier, Saint Paul, Renison, Ottava və McGill universitetlərindən, ABŞ-dan isə Texas və St. Edward's universitetlərindən alimlər qatıldı. Dörd hissədən ibarət olan simpoziumda Gülən Hərəkatının təhsil, dialoq və sülh sahəsində göstərdiyi fəaliyyətlər müzakirə edildi. Texas Universitetinin professoru Yetkin Yıldırım bildirdi ki, hərəkatı digərlərindən fərqləndirən səciyyəvi xüsusiyyət onun aksiyon əsaslı olmasıdır. Texas Universiteti İlahiyyat Professoru Whitney Bodman Gülənin hər kəsi Quranın təqdim etdiyi nurani yola dəvət etdiyini qeyd etdi. Bodman: "Quran bütün insanlığa xitab edir. Bir çox müqəddəs kitab və mətn var, ancaq heç biri Qurandakı hikmətə və təqdimata malik deyil. Quran Hz. İbrahimin işığı ilə danışır. Hər kəsin Allaha bağlı olmağa haqqı var. Aramızda fərq yoxdur, hamımız Allahın boyası ilə boyanan qullarıq," – dedi.

Vəkil Marla Bryant da insanlara "dünyada islahat aparmaq əvəzinə özünüzü dəyişdirin" öyüd üçün verən Gülənin eynilə Mövlana kimi eşq, sülh və tolerantlıq əsaslı görüşlərinin birlikdə yaşamaq mədəniyyətinə xidmət etdiyinə diqqəti çəkdi.

Simpoziumun ən çox diqqət çəkən "Fəthullah Gülən Qərb feminizminə dost ola bilərmi?" sualına cavab verən Texas Universitetindən Crystal McCormickdənin çıxışı oldu. McCormick eşq, ehtiram və əxlaq dəyərlərini ədalət naminə istifadə etdiyi üçün Gülənin: "Özünəxas, ancaq qəbul oluna bilən bir feminist dostu" olduğunu bildirdi.

Toronto Universiteti İlahiyyat professoru Tom Reynolds Gülənin qloballaşmağa verdiyi töhfəsindən bəhs edərkən, Waterloo Universitetindən prof. Brice Balmer dünyəviliyin dinə soyuq və təzyiqli yanaşmasını həll etmək üçün Gülənin siyasi olmayan, tərəfləri bir-birinə yaxınlaşdıran fəaliyyətinin bir şans olduğunu vurğuladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.