Dialoq İnstitutu Kevin Durantı “Xeyirxahlıq” mükafatına layiq görüb
ABŞ Oklahoma siti şəhərində fəaliyyət göstərən Dialoq İnstitutu dünya şöhrətli NBA (Milli Basketbol Assosiasiyası) basketbolçusu Kevin Durantı ötən il meydana gələn təbii fəlakətdə zərərçkənlərə bağışladığı yardıma görə “Xeyirxahlıq” mükafatına layiq görüb.
Durant Oklahoma ştatının Mur şəhərində 24 nəfərin vəfatı ilə nəticələnən qasırğada zərərçəkənlərə 1 milyon dollar bağışlamışdı.
Oklahoma Siti Tauer Hotelində keçirilən ənənəvi “Dostluq gecəsi və təltifetmə mərasimi” adlı tədbirə iştirak edən NBA basketbolçusu aldığı mükafatın çox qiymətli olduğunu birldirərək təşəkkür edib. Mükafatı idmançının adından anası Vanda Pratt və qardaşı Toni Durant qəbul edib.
Təltifetmə mərasiminə iştirak edən ABŞ Qubernatorlar heyətinin sədri və Oklahoma qubernatoru Meri Folin çıxışında mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayaraq Dialoq İnstitutunun fəaliyyətlərini dəstəklədiyini bildirib. Tərtib edilən dialoq gəzintilərinin çox əhəmiyyətli olduğunu və qızının da bu gəzintilərdə iştirak etdiyini xatırladan qubernator Folin Türk qonaqpərvərliyinin bütün dünyaya nümunə olması lazım gəldiyini söyləyib.
Qubernator Folin daha sonra Dialoq İnstitutunun Oklahoma Siti şöbə müdiri Ersin Dəmirçiyə Türk toplumunun ali fəaliyyətlərinə görə Təşəkküt sertifikatı ilə təltif edib. İnstitutunun fəaliyyətlərindən söz açan Dəmirçi qloballaşan dünyada mədəniyyətlərarası dialoqun bir zərurət halına gəldiyini bildirib. Dəmirçi: “Burada bir masa ətrafında toplaşmaqla fərqli mədəniyyətə mənsub insanların bir yerdə ahəng içərisində yaşaya bildiyini və plüral cəmiyyətin, əskinə toplumu möhkəmləndirdiyini sübut etmiş oluruq”, - deyib.
Amerika Red Kros Sentral Oklahoma İcraçı Heyətinin sədri Janin Bella (Janienne Bella), Ştat Polis Rəisi Kerri Pettingillə (Kerry Pettingill) və imam İmad Encassiyə (Imad Enchassi) Oklahoma xalqına göstərdikləri yüksək xidmətə görə mükafatlandırılıb.
Bütün dünya Hizmət hərəkatından nümunə götürməlidir
Tədbirdən iştirak edən Oklahoma Universiteti Din Elmləri fakültəsinin dekanı professor Çarlz Kimboll (Charles Kimball) çıxışında “Hizmət hərəkatının fəaliyyətlərinin toplumda böyük bir boşluğu doldurduğunu və bu fəaliyyətlərin dünya sülhünə böyük töhvələr verəcəyini bildirib. Kimboll bütün dünyanın Hizmət hərəkatından nümunə götürməsi lazım gəldiyini söyləyib.
Dialoq İnstitutunun İdarə Heyətinin Sədri Əli Rza Çandır ABŞ-daki Türk toplumu olaraq dünyada meydana gələn təbii fəlakətlərə din, dil, irq ayrıseçkiliyi etmədən yardım göstərdiklərini söyləyib. Oklahomada meydana gələn qasırğada zərərçəkənlərə edilən yardımın bu fəaliyyətlərin yalnız bir hissəsini təşki etdiyini qeyd edən Çandır Fəthullah Gülən Xocaəfəndinin də həmin humanitar yardım kampaniyasına pul bağışdadığını bildirib.
- tarixində yaradılmışdır.