“Din adamları Fəthullah Güləni nümunə götürməli”
ABŞ-ın Çikaqo ştatında dialoq seminarı keçirildi. Seminarda çıxış edən Dünya Dinlər Parlamenti Nümayəndəsi rahib Dirk Ficca: “Din adamları Fəthullah Güləni nümunə götürməlidir” – dedi.
İşlə bağlı bir çox ölkə gəzdiyini deyən Ficca, hər ölkədə Fəthullah Gülənin başlatdığı sülh və dialoq hərəkəti ilə qarşılaşdığını bildirdi. Ficca din nümayəndələri dialoq fəaliyyətlərində Güləni nümunə götürməlidirlər, dedi. Çikaqolu türklərin qurduğu “Niaqara Vəqfi”nin təşkil etdiyi seminarda çıxış edən rahib Dirk Ficca Dünya Dinlər Parlamentində xüsusən Gülən hərəkətinə mənsub Avstralya Kültürlərarası Dialoq Dərnəyindən (Australian inter-cultural society) böyük dəstək gördüklərini dilə gətirdi.
Ölkə dinlərinin bəzi məsələlərini həll etmək üçün bir araya gələndə insanlar ümidlənir, deyən Ficca, eyni zamanda sadə insanların da məsələlərini həll etmək üçün toplaşanda da eyni həyəcanı hiss etdiklərini ifadə etdi. Ficca: “Qahirədə İslami təşkilatların məscidlərin elektrik lampalarını qənaətli lampalarla dəyişdirməsi, Afganistanda bir müəllimənin gizli-gizli dərs verməsi, yerli bir imam, haham və papazın Avstralya Sidneydə öz camaatına baş çəkmək üçün hər həftə görüşüb müştərək planlar qurması – bunlar insanların problemlərini həll etmək üçün ümidverici fəaliyyətlərdir” – dedi.
Müxtəlif dün nümayəndələrinin ortaq qərarlar almaqdansa, etibarın daha önəmli olduğunu deyən Ficca: “Bir çor mövzuda eyni qənaət daşıdığım, lakin heç etibar etdmədiyim insanlar olduğu kimi, ortaq qənaətimizin olmadığı, ancaq həyatımı etibar edə biləcəyim insanlar var” – dedi. Dünyada problemlərin qaynağı dinlər göstərilir, mənfi nümunələr reklam edilir, deyən Ficca: “Biz din problemlərini həll etməyə, dinlərin gözəl yönlərini tanıtmağa çalışırıq” – dedi.
- tarixində yaradılmışdır.