“Dini ayrı-seçkilik etmədən kömək edirsiniz”
Kimsə Yoxmu dərnəyinin Uqanda səfərində həyata keçirdiyi görüşlərdə Uqanda Mədəniyyət naziri naziri Simon Lokodo ölkədə açılan Türk məktəbləri və yardım fəaliyyətlərindən çox razı olduğunu dilə gətirdi.
Nazir Simon Lokodo: "Görürəm ki, Türk insanı yardımları böyük səmimiyyətlə edir. Siz ayrı- seçkilik etmədən müsəlman, xristian – hər kəsə yardım edirsiniz. Ötən il təbii fəlakətlə üzləşdik, siz “Qızıl xaç”dan əvvəl bizə yardım etdiniz. Aclıqdan qırılan xalqıma əsl yardımı “Kimsə Yoxmu” göstərdi", – dedi.
Roma Universiteti İlahiyyat fakültəsinin məzunu və keçmiş katolik keşişi olan nazir Lokodo Türk insanını yaxından tanıyanda sonra bütün düşüncələrinin dəyişdiyini söylədi. Üç dəfə Türkiyəyə səfər etdiyini deyən nazir hər gəlişində Türkiyənin başqa bir gözəlliyinə şahid olduğunu və bütün bu gözəlliklərin ortaya çıxmasında kitablarını oxuduğu Fəthullah Gülənin böyük rola malik olduğunu düşünür. Ölkədəki Türk məktəblərini tərifləyən nazir Lokodo sayının artmasına tərəfdar olub bu təhsil ocaqlarının Uqandanın çöhrəsini dəyişdirəcəyinə inandığını bildirdi.
"Son olaraq sizdən bir istəyim var" deyən nazir Lokodo "Xüsusilə mənim bölgəm Qaramojanın mədəni səviyyəsi aşağıdır, dövlət buralara nə təhsil, nə də sosyal yardım verə bilir. Lütfən buradakı uşaqları Türkiyəyə aparıb gələcək Uqanda və bütün insanlıq naminə yetişdirin", – deyə xahişini bildirdi.
- tarixində yaradılmışdır.