"Dostlarımız hər keçən gün çoxalır"

Dialoq Avrasiya Platforması qurucularından, Türkiyənin dostu Professor Rastislav Borisoviç Rıbakovun rəhbərlik etdiyi Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu 190-cı ilini qeyd etdi. 18 dekabrda keçirilən mərasimə institutun bir dövr rəhbəri olan Rusiyanın sabiq baş nazirlərindən Yevgeniy Primakov, Türkiyənin Moskvadakı səfiri Xəlil Akıncı, DA Platrformu sabiq rəhbəri Harun Tokak və Rusiyanın müxtəlif bölgələrindən bir çox elm adamı qatıldı.

Rusiyanın ən nüfuzlu təhsil qurumlarında biri olan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu 1818-ci ildə Sank-Peterburqda fəaliyyətə başlayıb. Çar, Rus imperiyasının geniş miqyaslı inkişafı üçün şərqin tədqiqinin zərurətinə inanırdı. Rusiyanın şərq siyasətində müvəffəqiyyət qazanması Şərqşünaslıq İnstitutunda işləyən elm adamlarına bağlı idi. Çar dövründə İran, Türkiyə, Əfqanıstan, Orta Asiya, Qafqaz, Yaponiya, Ərəb dünyası və Çin kimi ölkələr arasında inkişaf edən siyasi münasibətlər Şərqşünaslıq İnstitutu tərəfindən müəyyən olunurdu. Şərqşünaslıq İnstitutu 1950-ci ildə Moskva şəhərinə köçürüldü. Şərqşünaslıq İnstitutunda 500 elm adamı fəaliyyət göstərir. Nadir kitab zənginliyinə malik olan qurumda hər il yüzlərlə elmi əsər nəşr olunur.

Rıbakova yapıncı hədiyyə edildi

Mərasimdə çıxış edən Akıncı Türkiyənin və Türk mədəniyyətinin tədqiqində göstərdiyi xidmətə görə Şərqşünaslıq İnstitutuna minnətdarlığını bildirdi. Akıncı Türkologiya sahəsi ilə məşğul olan bir çox elm xadiminin Şərqşünaslıq İnstitunun məzunu olduğuna diqqət çəkdi. Rusiya Federasiyasının müxtəlif bölgələrindən gələn elm xadimləri instituta müxtəlif hədiyyələr təqdim etdi. Abxazya Dövlət Etnoloji İnstitutunun Rəhbəri Vasiliy Avidiba Rusiya Şərqşünaslıq İnstitutu Rəhbəri professor Rıbakova geydirdiyi çoban geyimi; yapıncı isə böyük alqışla qarşılandı.

Şərqşünaslıq İnstitunun çox nüfuzlu bir qurum olduğunu qeyd edən Tokak: "Şərqşünaslıq İnstitutu bir çox elm xadimi, siyasətçi və sənətçinin yetişdiyi bir mərkəzdir. Bura yalnız Rusiyanın deyil, Avrasiyanın qəlbidir. Bu qurumun rəhbəri; Rıbakovun Dialoq Avrasiya Platformasının qurucuları arasında olması təqdirəlayiq bir haldır", -dedi. Cihan Xəbər Agentliyinə müsahibə verən Rıbakov dünyanın sülh və əmin-amanlıq içində olması üçün səy göstərdiklərini ifadə edərək: "Bizim əsərlərimizi oxuyanlar xalqların bir-birinə qarşı anlayış içində olmaları lazım olduğunu öyrənir. Övladlarımıza gələcəkdə daha gözəl bir dünya qurmaq üçün çalışırıq. Türkiyə haqqında bir çox əsər nəşr etdik. Tarix bizə aydınlıq gətirir. Oxumalıyıq. Dostlarımız hər keçən gün çoxalır", -dedi.

Dağıstanlı elm xadimi Gacı Gamzatov da verdiyi müsahibədə Şərqşünaslığın bütün elmləri əhatə etdiyini vurğuladı. Gamzatov: "Avropada elmi qurumların qaynağı şərqdir. Dünyada baş verənləri şərq olmadan anlaya bilməzsiniz. Şərqşünaslara böyük vəzifə düşür", -dedi. Şərqşünaslıq institunun müəlliməsi Nadejda Emilyanova da platform sayəsində Türkiyəni daha yaxından tanıma fürsəti əldə etdiyini, Şərqşünaslıq İnstitutun və platformun bir olmasının Avrasiyanın sülhünə xidmət etdiyini qeyd etdi. (Faruk Akkan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.