Dünya Fəthullah Güləndən danışır
Fəthullah Gülən Xoca Əfəndi öz düşüncələri ilə bütün dünyanın diqqətini çəkməyə davam edir. Bavyeranın paytaxtı Münih “Müsəlmanların açılımı - Gülən hərəkatı dialoqda yeni həmkarmı?” mövzulu beynəlxalq simpoziuma evsahibi oldu. Simpoziumda başda nazirlik, universitet, bələdiyyə və konsulluqlardan səlahiyyətli nümayəndələr olmaqla təqribən 330 qonaq iştirak etdi.
10 elm xadiminin məruzə oxuduğu simpoziumda iştirak edən “Die Fontäne” jurnalının redaktoru Wilhelm Willeke İslamiyyətin dialoqa tərəfdar bir din olduğunu və Fəthullah Gülənin bu mövzuda yeni bir üfüq açdığını vurğuladı.
"Qloballaşan dünyanın mənimsədiyi Fəthullah Gülənin bu düşüncə tərzi insanlara boş oturmamağı aktiv olmağı tövsiyə edir. Bu fəliyyətlərdə mənəviyyat çox böyük əhəmiyyət kəsb edir. “Din və elm bir olmalıdır” deyən Fəthullah Gülən, həmçinin müasir dünya ilə ayaqlaşan bir müsəlmandan bəhs edir".
Prof. Tomas Michel isə: “İxlası Gülən Hərəkatından öyrəndim” dedi.
"Fəthullah Gülən hərəkatında birlik var. Allaha xidmət, topluma xidmət var. Onlar gözəl fəaliyyətlərindən bəhs etmək istəmirlər. Xidmət etməyə davam edirlər. Mən ixlası onlardan öyrəndim".
Böyük maraq göstərilən simpoziumda iştirakçılar Gülən hərəkatının siyasi deyil, təhsil hərəkatı olduğunu vurğuladılar.
"O hər təbəqəyə xitab edir. İnsanları qorxutmur. O çətin olanını seçdi. Daim gözəlliklərdən danışır. Xoca Əfəndi insanlara inkişaf etməyi, təyin olunan görüşlərə vaxtında getməyi və mənən inkişafı təlqin edir".
"Fəthullah Gülən tolerantlığı və insana xidməti təlqin edir. Bir də ki, bu hərəkatın gizli məqsəd daşıdığını deyirlər. Mənə görə onların çox açıq bir məqsədi var: Fəthullaf Gülən hərəkatı təhsil hərəkatıdır. O siyasəti deyil, insanı önə çəkir".
Simpoziumda Moskva Universitetindən prof. Leonid Sukiyanen Fəthullah Gülənin realist, mənəviyyatı yüksək, səmimi bir şəxsiyyət olduğunu vurğulayaraq İslam, müasirlik, liberalizm və demokratiyanın bir-birinə zidd olmadığına diqqət çəkdi.
- tarixində yaradılmışdır.