Dünya Güləndən danışır

Dünyanın ən nüfuzlu mətbu orqanlarından sayılan "Forbes" iqtisadiyyat dərgisinin son sayında zəmanəmizin tanınmış mütəfəkkiri Fəthullah Gülən Hoca Əfəndidən bəhs edən böyük bir məqalə dərc olunub. Məqalədə Fəthullah Gülən müasir dünyada İslam dünyası və Qərb arasında dialoqun, qarşılıqlı anlaşmanın böyük təşəbbüsçüsü kimi təqdim olunur. Son illərdə Fəthullah Gülənin mədəniyyətlərarası daloq, məsələlərin müzakirələr yolu ilə həll edilməsi yönündə irəli sürdüyü təkliflər, təşəbbüslər yazıda xüsusi təqdirlə vurğulanıb. Hal-hazırda ABŞ-da yaşayan Gülənin okeanın o tayında da kifayət qədər tanınması və fəaliyyətinin təqdirlə qarşılanması yazıda qeyd olunur. Sovet hakimiyyətinin dağılmasından sonra müstəqillik qazanmış türk respublikalarında türkiyəli iş adamlarının dəstəyi ilə çox sayda məktəblərin açıldığını, son dövrlərdə isə bu prosesin daha çox Qərbə və Amerikaya meyilləndiyi, hazırda bu liseylərin Amerikanın ən ünlü təhsil ocaqları arasında yer aldığı qeyd edilir. Dünyanın 100-dən çox ölkəsində bu cür türk liseylərinin fəaliyyət göstərməsi və həmin təhsil müəssisələrinin çalışsdıqları ölkələrdə Türkiyənin maraqlarına uyğun diaspor fəaliyyəti yürütdükləri də yazıda xüsusilə diqqətə çəkilir.

Dünən İsveçrənin Davos şəhərində başlanan dünya iqtisadi forumun gündəliyinə daxil olan məsələlər arasında da Fəthullah Gülənin fəaliyyəti yer almaqdadır: "İslam və Qərb: dialoqun vəziyyəti haqda illik hesabat" adlı sənəddə Gülənin təşəbbüsü ilə başlanan dialoq və təhsil fəaliyyətlərinə xüsusi diqqət çəkilir. Vaşinqtondakı Corc Taun Universitetindən tanınmış alim Con Deqoyanın rəhbərliyi altında hazırlanmış 157 səhifəlik "Təhsil və mədəniyyətlərarası anlayış" adlı sənəddə Fəthullah Gülən Hoca Əfəndinin fəaliyyətləri örnək olaraq göstərilib, Avstraliya Katolik Universitetində Fəthullah Gülən kafedrasının açılması təqdirlə vurğulanıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.