Dünya onun dialoq hərəkatından danışır

Müxtəlif qitə və ölkələrdə fəaliyyət göstərən universitet, dərnək və QHT-lər F. Gülənin görüşlərinin dünyaya sülh və əmin-amanlıq gətirə biləcəyini söyləyir. Tanzaniyada keçirilən konfransda da mövzu Fəthullah Gülən Xoca Əfəndi idi.

Tanzaniyanın Darussalam şəhərində "Düşüncə və praktikada Fəthullah Gülən" adlı konfrans keçirildi. Sabiq ikinci dövlət başçısı, Müdafiə Naziri, İqtisadi İnkişaf Naziri ilə yanaşı universitet rektorları, müəllimlər və iş adamlarından ibarət 310 nəfərlik heyət konfransda iştirak etdi.

Konfransın ana mövzusu "Fəthullah Gülənin düşüncə və aksiyonu nöqteyi-nəzərindən sülh içində birlikdə yaşamaq" idi. Buna dünyanın dörd tərəfində açılan Türk məktəbləri nümunə olaraq göstərildi. Məruzəçilərdən Tanzaniya ikinci dövlət başçısı Əli Hassan Mvinyi Fəthullah Gülənlə tanış olmağından və məktəblərin ölkəsində açılmasından danışdı.

Əli Hassan Mvinyi - Sabiq ikinci dövlət başçısı: Türkiyədəki bəzi məktəbləri gəzib-gördüyümə görə çox bəxtiyaram. 1995-ci il idi. Bu gəzintini fürsət bilib onu (F.Gülən) Tanzaniyaya dəvət etdim. Daha sonra həddim olmasa da, ondan Tanzaniyada məktəblər açmağını xahiş etdim. Muhamməd Fəthullah xahişimi qəbul etdi. Hal-hazırda "Fəza" məktəbləri deyə adlandırdığımız müəssisələri açdı. Uşaq bağçası, ibtidai məktəb daha sonra da lisey açıldı. Ümid edirəm ki, gələcəkdə universitet də açılacaq.

Sabiq ikini dövlət başçısı Mvinyi məktəblərdən razılığını da ifadə etdi.

Əli Hassan Mvinyi - Sabiq ikinci dövlət başçısı: Bu məktəblər müxtəlif yaşda, müxtəlif etnik qrupda, müxtəlif inancda və müxtəlif mədəniyyətdəki uşaqları bir yerə topladı. Hamınızın bildiyi kimi, bu məktəblər Tanzaniyanın ən mükəmməl təhsil müəssisələridir. Bu uşaqlar bizə sülhün, qardaşlığın, sevginin mesajı olacaq.

Türkiyədə təhsil aldığı üçün özünü çox bəxtiyae hesab edən Müdafiə Naziri Hüseyn Mviyni Türkiyədə tanış olduğu məktəblərin ölkəsində də açılmasından məmnun olduğunu söylədi.

Hüseyn Əli Mvinyi - Tanzaniya Müdafiə Naziri: Biz, həqiqətən, Türk qardaşlarımızın Tanzaniyaya gəlməsinə görə çox sevinirik. Bizə övladlarımızın yetişməsində kömək olurlar. Şəxsən mən onlara təşəkkür edirəm, çünki öz uşaqlarım da bu məktəblərdə təhsil alır. Fəza məktəblərinə girmək istəyənlərin sayı çoxdur, ancaq məktəbin imkanları məhduddur. Türk qardaşlarımıza bu mövzuda mənəvi dəstək verməliyik.

Müdafiə Naziri Türkiyədə iştirak etdiyi sərgilərdə gördüyü Müdafiə Sənayesindəki inkişafdan da bəhs etdi. Müdafiə sənayesi sahəsində də əməkdaşlıq qurula biləcəyinin dedi.

İngiltərədən konfransa qatılan "Central England Birmingham" universiteti müəllimlərdən Professor Yan Villiam isə Fəthullah Gülən hərəkatının mərkəzində təhsil olduğuna diqqət çəkdi.

Prof. Yan Villiams-University of Central England Birmingham: Fəthullah Gülən hərəkatı dünyadan təcrid edilmiş bir hərəkat deyil. Məktəblər də hərəkatın tam mərkəzində durur. Sadəcə bu ölkədə deyil, Türkiyədə, Balkanlarda, ABŞ-da, Rusiyada, Filippində və mənim ölkəm İngiltərədə də bu, belədir. Qurani-Kərim bizi bu səsə qulaq verməyə dəvət edir. Siz bəşəriyyət üçün yetişmiş ən yaxşı insanlardır, çünki siz bəşəriyyətə xidmət etmək üçün yetişdirildiniz. Daha yaxından baxsaq, bu hərəkatın bariz xüsusiyyətini görə bilərik. Bu hərəkat dini dövlətin arxasınca deyil. Bu hərəkat mənim belə radikal dediyim bir şey təklif edir. İnsanları özünü dəyişdirməyə təşviq edir.

Misirin ziyalı şəxsiyyətlərindən Eymən Şəhid isə ölkəsində olduğu kimi Tanzaniyada da inanc əsasına bağlı bu sistemin dünya sülhünə verdiyi töhfəni tətdqiq etdiklərini bildirdi.

Eymən Abdullah Mahmud Şahatə - Qahirə universiteti müəllimi: Bu fəaliyyətlərdə İslamın gözəlliklərini dövrün həqiqətləri də nəzərə alınaraq praktikaya keçirildiyini gördük. Beləcə təhsil yolu ilə bütün dünyanın problemlərinə çarə ola biləcək yeni bir nəsil yetişdirmə məqsədi qoyulmuşdur. Dünya miqyasında açılan məktəblər də bunun ən gözəl nümunələridir.

Amerika Birləşmiş Ştatlarında müalicə alan Fəthullah Gülən Xoca Əfəndi də konfransa bir ismarıc göndərdi. Xoca Əfəndi ismarıcda konfransa səhhət problemlərinə görə qatıla bilmədiyi üçün üzgün olduğunu bildirərək bu sətirlərə yer verdi:

"İnanıram ki, bəşəriyyətində təməlində gözəllik və yaxşılıq var. Gec-tez öz təməlinə geri dönəcək. Mən inanıram ki, bir gün bu gözəllik və yaxşılıq bütün sərhədləri aşacaq və bütün dünyaya sülh gətirəcək. Hal-hazırda biz bu istiqamətdə getməliyik. Bir addım belə bu yolda əhəmiyyətlidir. Bir addım belə hörmət və təşəkkürə layiqdir. Qarşılıqlı hörmət və anlayışla sülhü təsis etmə yolunda, yalnız dövlətlərarası deyil, fərdlər arasında da dialoq çox əhəmiyyətlidir. Bəşəriyyətin bu məşələ ehtiyacı var. Mən bu gün sizlərlə olan və ola bilməyən bu fikirin memarlarına təşəkkürlərimi bildirmək istəyirəm. Və inanıram ki, gələcək nəsil bunu minnətdarlıqla yad edəcək".
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.