Dünya riyaziyyat imtahanında birinci yeri Türk məktəbinin şagirdi tutub
Yüz on ölkədən doqquz milyon məktəblinin iştirakı ilə keçirilən Edexcel IGCSE imtahanında riyaziyat üzrə birinci yeri Banqladeş Türk məktəbinin şagirdi tutub.
Beynəlxalq Ümid Türk məktəbinin onuncu sinif şagirdi və IGCSE yarışın riyaziyyat üzrə birincisi Raqib Mustafaya mükafatı İngiltərənin Dəkkədəki səfiri verib.
Britaniya Konsulluğunun Banqladeş üzrə Direktoru Brendan Maqşerri (B.McSherry) Türk məktəblərinin ölkədəki ən uğurlu beynəlxalq məktəblərdən biri olduğunu bildirərək: “Bu imtahanda dünyanın ən yüksək qiymətini aldılar”, - deyib.
Edexcel şirtkətinin ölkə üzrə sədri Saidur Rahman da Türk məktəbində oxuyan şagirdlərin bu imtahanda çox böyük uğur qazandıqlarını dilə gətirib.
Raqib Mustafa isə müəllimlərinin təkcə dərsləri ilə maraqlanmadıqlarını, şagirdlərin hərtərəfli yetişməsi üçün də əlindən gələni əsirgəmədiklərini vurğulayıb. Mustafa: “Uşaq yaşında bu məktəbin qapısından içəri girəndən bəri həyatımda ciddi dəyişikliklər oldu. Buna görə də məktəbə çox minnətdaram”, - deyib.
Beynəlxalq Ümid Türk məktəblərinin İdarə Heyətinin Sədr Müvini Yavuz Koca isə 1996-cı ildən Banqladeşdə fəaliyyət göstərdiklərini və “Şagirdlərimizin uğurları sayəsində məktəbimizi həm Banqladeşə, həm də dünyaya tanıdırıq. Bu il şagirdimiz Raqib Mustafa riyaziyyat üzrə dünyada birinci yer tutaraq məktəbimizi və Banqladeşi dünyaya tanıtmışdır. Buna çox şadıq və şagirdimizi təbrik edirik”, - deyib.
Sözügedən imtahanda ölkə birinciləri yenə Banqladeş-Türk məktəblərinin şagirdlərindən çıxıb. Zarin Tasnim iqtisadiyyat dərsindən, Afqanistan səfirinin oğlu Masud Oraz da Türk dili dərsindən ölkədə ən yüksək qiymətə layiq görülüb.
- tarixində yaradılmışdır.