Dünya ziyalıları Hizmətdən danışır

Dünya ziyalıları Hizmətdən danışır

Irmak televiziya kanalında efirə çıxan “Fikir atlası” adlı verilişi hər axşam başda ABŞ olmaqla Qərb dünyasının ziyalılarını ekrana gətirir.

On dəqiqəlik verilişdə mütəfəkkirlər, alimlər, din xadimləri, siyasətçilər, media mənsubları Fəthullah Gülən Xocaəfəndi və Hizmət hərəkatı haqqında düşüncələrini dilə gətirirlər. Hərəkatın dünyadakı təhsil, dinləararası dialoq və humanitar hardım fəaliyyətləri haqqında təssüratlarını bölüşürlər. Verilişdə çıxış edən ziyalıların bir hissəsi son dövrlərdə Türkiyədə baş verən hadisələrlə əlaqədar düşüncələrini də açıqlayırlar. Verilişdə ABŞ-da böyük nüfuza malik fəlsəfə professorlarından Fil Kleytn (Phil Clayton) və Bredli Hokinz (Bradley Hawkins) kimi alimlər də çıxış edir.

Veriliş Los Ancelesda Spectra Media şirkətində sifarişlə çəkilməkdədir. İlk 20 bölümdə çıxış edən ziyalıların əksəriyyəti Kaloforniya ştadından olub növbəti bölümlərdə digər ştatlardan da alimlərin çıxışı nəzərdə tutulur. Tamaşaçıların böyük marağına səbəb olan verilişə digər ölkələrdən də alimlər dəvət olunması gözlənilir. (IRMAK TV 23.15)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.