"Dünyada Sülh və Sevginin Yolu Dinlərarası Dialoqdan Keçir"

Almaniya Marburg Philipps Universitetinin Dinlər Tarixi üzrə müəllimi Elmlər Doktoru David Skubik dünyada sülh və sevginin hakim olması üçün ilahi dinlərarası dialoqun şərt olduğunu söylədi.

Dinlərarası dialoq və dostluq qurma fəaliyyətlərinə görə Fəthullah Gülənə sevgi və sayğı duyduğunu ifadə edən Skubik, bəşəriyyətin ortaq problemlərinə Müsəlman, Xristian və Yəhudilərin birliyə gələmələrinin şərt olduğunu ifadə etdi.

Dinlərarası dialoqun 1998-ci ildə Vatikanda Papa-Gülən görüşməsi ilə resmiyətə keçdiyini ifadə edən Skubik, görüşmə ilə birlikdə ilahi din müntəsiblərinin bir-birinə qarşı bəslədikləri qərəzli yanaşmanın 90 faizi aradan qalxdığını söylədi.

Fəthullah Gülənin Almancaya tərcümə edilən bir çox əsərini oxuduğunu deyən Skubik, qərb insanının şərqin müdrik intellekt din alimini yaxından tanımasının şərt olduğunu qeyd etdi.

Skubik: "Hörmətli Güləndə olan insan sevgisinə heyranam. Əsərləri tamamilə insan və Allah yönümlüdür. Qəlbində böyük bir insan sevgisi var. Müsəlman aləmininn, 21-inci əsrdə ən gur səsli din adamı Gülən olduğuna inanıram. Dünyanı sevgi ilə bürümək istəyiriksə, hansı din olduğuna baxmadan mənfəət gözləmədən sevməliyik. Qarşılıqsız sevmə və insanı ucaltma duyğusunu Gülənin əsərlərindən öyrəndim", - dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.