Dünyanı sülhə səsləyən musiqi layihəsi

Dünyanı sülhə səsləyən musiqi layihəsi

Fəthullah Gülən Xocaəfəndinin ingilis dilinə tərcümə edilmiş şeirlərinə bəstələnən mahnılardan ibarət “Rise up / Colours of peace” (Sülhün rəngləri) adlı albom “Universal Music” şirkətinin təşkilati dəstəyi ilə bütün dünyada, habelə Türkiyədə musiqi sevərlərə təqdim olundu.

“Nil Prodüksiyon” və “Universal Music” şirkətlərinin ortaq təşəbbüsü ilə iki ilə hazırlanan “Rise up/ Colours of peace” (Sülhün rəngləri) adlı musiqi albomu satışa verildi. Albom Fəthullah Gülən Xocaəfəndinin ingilis dilinə tərcümə edilən şeirlərinə bəstələnmiş mahnılardan ibarətdir.

Kaynak Kültür Yayın Qrupunun verdiyi açıqlamaya görə, Fəthullah Gülən Xocaəfəndinin ingilis dilinə tərcümə edilmiş 50 şeirindən bəziləri seçilib 12 fərqli ölkənin sənətçiləri tərəfindən səsləndirilmişdir.

Amerikadan Ryan Shaw, Misirdən Maher Zain, Hindistandan KK and REET, Almaniyadan Good morning dairy, Braziliyadan Cristelo Duo feat. Bruno Goutveta, İngiltərədən Natacha Atlas, Macarıstandan BON BON, Fransadan Faudel, İtaliyadan Ely Bruna, Ukraynadan Bahroma, İspaniyadan Carmen Paris, Fələstin və İsraildən Kobi Farhi və Ruba Shamshoum ümumbəşəri sülh naminə Gülənin şeirlərini ifa etdilər.

“Nil Prodüksiyon” və dünyanın ən böyük musiqi şirkəti “Universal Music”in birgə əməkdaşlığı ilə ərsəyə gələn albom iki il ərzində tamamlandı. Hər sənətçiyə Xocaəfəndinin ingilis dilinə tərcümə edilmiş 50 şeiri göndərildi və sənətçilər onlardan birini seçərək öz ölkələrində, öz studiyalarında səsləndirdilər.

“Rise up” adlı bu albom pop, caz, hind, flamenko, rayi kimi fərqli janrları və milli musiqi alətlərinin ifasını özündə birləşdirməklə “Dünya musiqisi” kateqoriyasına daxil olur. Albomda Fəthullah Gülən Xocaəfəndinin “Kırık mızrap” adlı şeir kitabında da yer alan “Rüyalar”, “Dünya”, “Medinenin Gülü”, “Kalk, yiğidim”, “Hicran ve ümit”, “Her yerde cemalin”, “Hiç”, “Gökkuşağı”, “Yağmur musikisi”, “Beni yalnız bırakma”,” Bülbülün çığlığı”, “Akyol” şeirlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.

“Bu, silah səslərinin susmaq bilmədiyi bir dövrdə bəşəriyyəti musiqinin ümumbəşəri dili ilə sülhə səsləyən çoxsəsli və çoxrəngli bir musiqi albomudur. Musiqi əsrlərdir sülhlə əl-ələ, çiyin-çiyinədir. Musiqi və sülh səyahət etməkdən doymayan iki yolçuya bənzəyir. İndiyədək çox vaxt yan-yana, bərabər addım atdılar bu yollarda. Onlar kiminə simvol, kiminə anlayış, kiminə ümid oldu. Sülh naminə bəstələnən hər nəğmə fərqli dillərdə ifa edilsə də, həmişə eyni məramı çatdırır dinləyicilərə: vicdanın səsini”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.