“Efiopiyalı deyillər, amma bu ölkə üçün çalışırlar”
ABŞ-ın paytaxtı Vaşinqtonda “Beynəlxalq mətbuat klubu”nda (NPC) keçirilən iki günlük beynəlxalq konfransda 16 ölkədən 35 elm adamı “Hizmət hərəkatı və sülhün inşaası” barədə söhbət açıb. Konfransda Hizmət hərəkatının təhsil yolu ilə sülhün bərqərarına verdiyini töhfələr, Fəthullah Gülənin pedaqogikaya dair fikirilərinin Orta Asiyada həyata keçməsi kimi mövzular müzakirə edilib.
ABŞ-ın paytaxtı Vaşinqtonda “Beynəlxalq mətbuat klubu”nda (NPC) keçirilən iki günlük beynəlxalq konfransda 16 ölkədən 35 elm adamı “Hizmət hərəkatı və sülhün inşaası” barədə söhbət açıb. Konfransda Hizmət hərəkatının təhsil yolu ilə sülhün bərqərarına verdiyini töhfələr, Fəthullah Gülənin pedaqogikaya dair fikirilərinin Orta Asiyada həyata keçməsi kimi mövzular müzakirə edilib.
Nigeriya Loqos Steyt (Logos State) Universitetinin əməkdaşı Amidu Olalekan Sanni hərəkatın “Abant” platforması və Ramazan iftar ziyafətləri kimi fəaliyyətlərinin həm Afrika ölkələrinin bir-biri ilə əlaqələrini möhkəmləndirdiyini, həm də dünya ilə inteqrasiyada böyük rola malik olduğunu bildirib.
Efiopiyalı yazar Teşoma (Teshoma) Berhanu Kamal: “Efiopiyada sülhün bərqərarında Hizmət hərəkatının rolu” adlı məruzəsində hərəkat könüllülərinin yad bir ölkədə fədakar fəaliyyətlərindən ağızdolusu danışıb.
Türkiyə və İraqdda kürdlərin Hizmət hərəkatına yanaşmasını müqaisə edən Kaliforniya Ştatı Universitetinin əməkdaşı Sofia Pandya (Sophia Pandya) Türkiyənin cənub-şərq bölgəsində fəaliyyət göstərən məktəblərin bəzən terror hücumlarına məruz qaldığını, ancaq hərəkatın “böyük şücaətlə” və “mətanətlə” işinə davam etdiyini bildirib.
Texas insan hüquqları layihəsi sədri Ceyms Harrinqton (James Harrington) hərəkatın üç mühüm fəaliyyət xəttini sıralayıb: dialoq, təhsil və humanitar yardım fəaliyyətləri.
Rumi Forum sədri Əmrə Çəlik isə bu kimi konfransların yanlış anlaşılma və məlumatsızlığı aradan qaldıracağını bildirib.
Hambold (Humboldt) Universitetindən Tomas Geyc (Thomas Gage) Hizmət hərəkatının sülh anlayışını dünyanın digər bu sahədəki fəaliyyətlərlə müqaisə aparıb.
Universiti of Kaliforniya (University of California) doktorantı Cesika Rehman (Jessica Rehman) “fərqli bir model” təqdim edən Hizmətin “müstəsna” bir hərəkat olduğunu vurğulayıb.
İnstitut for İslamik and Törkiş (Institute for Islamic and Turkish Studies (IITS)) institutunun əməkdaşı Margaret Conson (Margaret Johnson) 11 Sentyabr hadisəsindən sonra Hizmət hərəkatının Amerika müsəlmanları ilə daha yaxın əlaqələr qurduğunu bilə gətirib.
“Kimsə yoxmu?” dərnəyi sədir müavini Mətin Çətinərin Türkiyə və dünyada aparılan fəaliyyətlərinə dair tədqimatından sonra konfrans iştirakçıları Türk Amerikan Birliyində (TAA) axşam yeməyi ziyafətinə qatılıb.
Hizmət hərəkatına dair kitab qələmə alan Caşua Hendrik (Joshua Hendrick), Doğan Qoç, Ceyms Harrinqton və Tomas Geycin iştirak etdiyi bir söhbət məclisi də təşkil edilib.
- tarixində yaradılmışdır.