Əfqan-Türk məktəbləri ali dövlət mükafatına layiq görüldü
Əfqan-Türk Çağ Təhsil Qurumları Əfqanıstanın “Mir Məscidi Xan” dövlət mükafatı ilə mükafatlandırıldı. Ölkə prezidenti Həmid Qərzayi, Təhsil Naziri Faruq Vardaq və digər rəsmilərin qatıldığı tədbirdə dövlət mükafatı Əfqan-Türk Çağ Təhsil Qurumlarının İdarə Heyətinin Sədri Numan Ərdoğana təqdim edildi.
Qərzayi çıxışında sözügedən təhsil müəssisələrindən məmnun olduğunu dilə gətirərək: "Biz sizdən razıyıq, sizinlə qürur duyuruq, xalqımız övladlarını bu məktəblərdə oxutmaq istəyir", - dedi.
Təhsil Naziri Faruq Vardaq isə: "Mən Əfqan-Türk Çağ Təhsil Qurumlarının təhsil keyfiyyətindən çox məmnunam. Buna görə də prezidentə Əfqanıstan dövlət mükafatının bu qurumlara verilməsini təklif etdim. Prezidentimiz də bunu məqsədəuyğun bildi", - dedi.
Tədbirdən sonra Türkiyə mətbuatına müsahibə verən Numan Ərdoğan onlara göstərilən bu etimada və dəstəyə layiq olmağa çalışdıqlarını bildirdi. Ərdoğan: "Bu gün Əfqan-Türk Çağ Təhsil Qurumları üçün əlamətdar bir gündür. Əfqanıstanın dövlət başçısı məktəblərimizin bu vaxta qədər qazandığı uğurlara görə, olimpiadarda və qəbul imtahanlarında əldə etdiyi yüz faizlik göstəricilərə görə qurumlarımızı ali dövlət mükafatına layiq gördü, buna görə çox sevinirik", - dedi.
Numan Ərdoğan sözünə belə davam etdi: "Mən bizə verilən bu mükafata gecəni gündüzə qatıb var gücü ilə çalışan müəllimlərimizin, onların ailələrinin, onları Türkiyədən buraya göndərən, dəstəkləyən Türk xalqının və çalışqan şagirdlərimizin layiq olduğuna inanıram. İnşallah, bundan sonra da bu uğurları davam etdirmək üçün bütün heyətlə birlikdə gecə-gündüz çalışacağıq".
Ərdoğan Qərzayinin başda qız məktəbləri olmaqla Çağ Təhsil Qurumlarının məktəblərinin sayının artmasını istədiyini bildirdi.
- tarixində yaradılmışdır.