Əfqan-Türk məktəblərinin şagirdləri ölkəyə 75 medalla qayıtdı
Əfqanıstanda fəaliyyət göstərən Əfqan-Türk məktəblərinin şagirdləri bu il beynəlxalq olimpiadalarından ölkəyə 75 medalla qayıtdı. Kabildəki Türk məktəbində keçirilən mükafatlandırılma mərasimində medal alan şagirdlərə hədiyyələr verildi.
Kabildəki Əfqan-Türk məktəbində bu il beynəlxalq olimpiadalarında medal alan şagirdlərin şərəfinə mərasim keçirildi. Mərasimdə 12 qızıl, 24 gümüş və 39 bürünc – cəmi 75 medal alan şagirdlərin hər biri mükafatlandırıldı. Şagirdlərə mükafatları mərasimdə iştirak edən Əfqanıstanın Təhsil Naziri Faruk Vardak payladı. Mərasimə Əfqanistanın rəsmi nümayəndələri ilə yanaşı, Türkiyənin Kabil səfiri Basat Öztürk və Əfqan-Türk məktəblərinin direktoru Numan Ərdoğan da iştirak etdi.
Əfqanıstanın Təhsil Naziri Vardak çıxışında Türkiyənin Əfqanıstana təhsil sahəsində daim dəstək verdiyini vurğuladı. Vardak: "Çox ölkələr bizə kömək etməyə çalışdı, amma Türk məktəblərinin köməyi başqadır. Bu yaxşılığı heç vaxt unutmarıq, çünki bu təhsil müəssisələri bizə balıq yeməyi deyil, balıq tutmağı öyrədir", dedi.
Əfqan-Türk məktəblərinin direktoru Numan Ərdoğan Əfqanıstan və Türkiyənin min ildən çox dost olduğunu söylədi. Ərdoğan: "Bundan sonra da bu dostluğu qoruya bilmək üçün əlimizdən gələni edəcəyik. Olimpiadalara 135 ölkədən 1500 şagird iştirak edirdi. Bu olimpiadaların məqsədi dünyada birliyi, bərabərliyi, sevgnin bərqərar olması, həmçinin şagirdlərə bu şüuru təlqin etməkdir." dedi.
Mərasimdə Əfqanıstan Təhsil Naziri Vardak şagirdlərə hədiyyələrini verdi, nazirliyin ən böyük madalanı da Əfqan-Türk məktəbləri layiq görüldü.
Əfqan-Türk məktəblərinin şagirdləri indiyə qədər beynəlxalq olimpiadalarında 51 qızıl, 73 gümüş və 88 bürünc medal almışdır.
- tarixində yaradılmışdır.