• Ana səhifə
  • Mətbuat
  • Xəbərlər
  • Əfqanıstan dini liderləri ölkədə sülhün bərqərar olması üçün daha çox Türk məktəbinin açılmasını istədi

Əfqanıstan dini liderləri ölkədə sülhün bərqərar olması üçün daha çox Türk məktəbinin açılmasını istədi

Əfqanıstanın gələcəyini müzakirə etmək məqsədilə İstanbulda bir araya gələn Əfqan dini liderləri son 30 ildə işğalçılıq və vətəndaş müharibəsinin ölkəyə böyük zərər vurduğunu bildirib ölkədə sülhün bərqərar olması üçün Türk məktəblərin sayının artırılmasını istədi.

Mərmərə Universiteti Orta Doğu Araşdırma İnstitutunun təşkil etdiyi konfransda çıxış edən Əfqanıstan Sivil Toplumun İnkişafı Dərnəyinin sədri dr. M. Said Niyazi xalqın artıq müharibə və məzhəb qarşıdurmalarından bezdiyini bildirdi. Əmin-amanlığın bərqərar olması üçün daha çox Türk məktəbinə ehtiyac olduğunu vurğuladı. Türk məktəblərindən məzun olanların Əfqanıstanın gələcəyini qurtaracağını deyən Niyazi bu məktəblərin ölkədə qardaşlıq toxumları səpdiyini bu sözlərlə ifadə etdi: "Məktəblər açılandan bəri bir araya gəlməyən fərqli əşirətlərin uşaqları eyni süfrədə oturur, yemək yeyir və eyni cərgədə namaz qılır. Bunların ailələrini bir araya gətirmək mümkün deyil, ancaq Türk məktəblərinin sayəsində bu uşaqlar qardaş kimi böyüyür. Məktəblərin sayı artsa, Əfqan xalqının sülh şəraitində yaşaması üçün təməllər atılmış olar".

Əfqan Sülh Şöbəsinin Proqram Koordinatoru Amanullah Ludin də məktəb sayının az olmasından təəssüfləndiyini dedi. Hər bir ailənin uşaqlarını Türk məktəblərinə göndərmək istədiyini deyən Ludin "Məktəblər əksəriyyətimizin ümid qapısı oldu. Çox təəssüf ki, hər ailə oraya uşaqlarını göndərə bilmir. Hiss edirik ki, məktəblər açılandan Əfqanıstanın siması dəyişdi. Səlahiyyətlilərin bunu almasını və məktəblərin sayının artmasını istəyirik" – dedi. Əfqanıstanda biri qız olmaqla, cəmi 8 Türk məktəbi var.

Amanullah Ludin internetdə Türk-İslam mütəfəkkirləri haqda məlumat axtararkən tanış olduğu Fəthullah Gülən barədə "Belə böyük Türk din alimləri də yolumuzu işıqlandıra bilər. Onlarla əməkdaşlıq etmək və ya təcrübələrindən faydalanmaq bizi çıxılmaz vəziyyətdən qurtara bilər" dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.