Əfqanistanın təhsil naziri: “Türk məktəblərində yetişən yeni nəsil ölkəmizi xilas edəcək”
Afqanistandakı Əfqan-türk məktəblərində bu il də ənənəvi məzuniyyət tədbiri keçirilib. Tədbirdə təhsil naziri Asif Nanq, bir sıra millət vəkilləri, dövlət işçiləri, ictimai xadimlər və valideyinlər iştirak edib. Tədbirdə iştirak edən Əfqanıstanın təhsil naziri Asif Nanq çıxışında: “Türk məktəblərində yetişən yeni nəsil ölkəmizi xilas edəcəkdir” deyərək ölkənin digər vilayətlərində də məktəb açılmasını tələb edib. Üstəlik nazir bildirib ki, məktəb binalarını dövlət özü tikəcək.
“Hər vilayətdə məktəb açılacaq, məktəb binalarını isə dövlət tikəcək”
Təhsil naziri Asif Nanq tədbirə dəvət edilməsinə çox şad olduğunu bildirərək deyib: “Əvvəla bu məktəbklərdən məzun olan şagirdləri və onların ailələrini, könül körpüləri quran müəllimləri və bütün tədris heyətini təbrik edirəm. Mən bu gün çox şadam. Baxmayaraq ki, ölkədə xoşagəlməz hadisələrin sayı çoxdur, ancaq bu məktəblərdə yetişən şagirdlər Əfqanıstanı xilas edəcəklər. Bu gün hamımız şadıq, çünki əkilən toxumlar yavaş-yavaş cücərməyə başlayıb və xalqımız gələcəkdə bunun bəhrəsini görəcəkdir. Hazırda 23 məktəb binası ilə fəaliyyətini davam etdirən Türk məktəblərinin bütün vilayətlərimizdə açılmasını istəyirik. Hökümət olaraq bu təhsil qurumlarına məktəb binası təmin edərək Türk məktəblərinin sayını çoxaltmaq istəyirik”.
- tarixində yaradılmışdır.