Faciədə dünyasını dəyişənlər üçün qiyabi cənazə namazı
Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin də iştirakı ilə Somadakı kömür mədənində baş verən faciədə dünyasını dəyişən 301 işçi üçün qiyabi cənazə namazı qılınıb. Bu xəbəri twitter adresindən paylaşan Herkul.org saytının redaktoru Osman Şimşək: “Möhtərəm Xocamızın tələbi və iştirakı ilə bu gün (bazar günü) burada da Soma şəhidləri üçün qiyabi cənazə namazı qılındı. Uca Mövla mərhəmət etsin” – sözlərinə yer verib. Xocaəfəndi faciənin baş verdiyi gecə ayrıca başsağlığı da vermişdir.
Xocaəfəndinin başsağlığı:
Ailələrinin ruzisini təmin etmək məqsədi ilə çox çətin şəraitdə çalışır, qazandığı halal ruzini qan-tər içində evinə aparırdılar. Heç bir söz onların ayrılıq acısını ifadə edə bilməz və təsəlli etməz. Gözümüzdə yaşlarla onların kədərinə şərik olmaq, dualarla yalvarmaqdan başqa əlimizdən bir şey gəlmir.
Somada vəfat edən mədən işçilərimizə Allahdan rəhmət və əfv, yaralılara tezliklə şəfa, ailələrinə gözəl səbir niyaz edirəm. Dağıntılar altında qalanların tezliklə xilas edilməsi duası ilə millətimizə başsağlığı diləyirəm. Allah bizi başqa müsibətlərdən hifz etsin.
- tarixində yaradılmışdır.