Fəthullah Gülən “Dünyanın ən nüfuzlu 500 şəxsiyyəti” arasında
ABŞ da dərc olunan “Forin polisi” (Foreign Policy) jurnalının hazırladığı “Dünyanın ən nüfuzlu 500 şəxsiyyəti” siyahısına Türkiyədən doqquz nəfərin adı da daxil edilib. Siyahıda Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğanla yanaşı, Fəthullah Gülən Xocaəfəndinin də adına yer verilib.
Maraqlıdır ki, jurnal digər qurumların və medianın bu tipli reytinq aradşırmalarından faydalanaraq hazırladığı həmin siyahını “Güc xəritəsi” adlandırıb.
Siyahıda siyasətdən iqtisadiyyata, mediadan enerji sektoruna, hərb mühəndisliyindən din sahəsinə qədər dünyada güclü nüfuza malik, öz sahəsində böyük uğurlara imza atmış şəxsiyyətlərin adı var.
“Dünyanın ən nüfuzlu 500 şəxsiyyəti” siyahısına Türkiyədən daxil olan şəxslər:
‒ Prezident Abdullah Gül
‒ Baş Nazir Rəcəb Tayyib Ərdoğan
‒ Xarici İşlər Naziri Əhməd Davudoğlu
‒ Milli Müdafiə Naziri İsmət Yılmaz
‒ Maliyyə Naziri Mehmet Şimşək
‒ CXP-nin (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Qılıncdaroğlu
‒ Fəthullah Gülən
‒ Pravoslav Kilsəsinin başçısı Bartolomeos
- tarixində yaradılmışdır.