Fəthullah Gülən də yardım əlini uzatdı

Haitidə meydana gələn zəlzələ və yaşanan fəlakər qəlbləri sızlatdı. Fəthullah Gülən Xoca Əfəndi də Haiti xalqına yardım üçün səfərbər oldu.

Haitidə 3 milyon insana təsir edən böyük zəlzələdə 1,5 milyon insan evsiz qaldı. Hər şeyi saniyələr içində itirən bu insanlar hazırda ac və yardıma möhtacdırlar.

Bir çox ölkə və qeyri-hökümət təşkilatları yardım kampaniyalarına iştirak edir.  Türkiyədən "Kimse Yokmu" dərnəyi də böyük bir kampaniya başlatdı. Kampaniyaya 5 min dollar keçirərək Fəthullah Gülən Xoca Əfəndi də iştirak etdi.

Fəthullah Gülən də yardım əlini uzatdı

Uzun müddət xroniki xəstəliklərinin müalicəsi üçün ABŞ-da yaşayan Fəthullah Gülən, xüsusilə "Kimse Yokmu" dərnəyinin kampaniyalarına böyük maraq göstərir.

"Kimse Yokmu"nun Tacikistan, Qəzzə, İndoneziyaya təşkil etdiyi yardım kampaniyalarında da iştirak edən Xoca Əfəndi əsərlərindən əldə etdiyi gəliri tez-tez köməyə möhtac insanlar üçün xeyr işlərində sərf edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.