Fəthullah Gülən: “Həqiqət ortayaçıxacaq, təhqirlərə görə kimsənin qəlbini qırmayın”
Törkiş Revyuv (Turkish Review) və Hira jurnalı tərəfindən İstanbulda keçirilən Türk-Ərəb Ziyalılar forumunda çıxış edən Jurnalistlər və Yazarlar vəqfinin (GYV) sədri Mustafa Yeşil Fəthullah Gülən Xocaəfəndinin aktual məsələlərlə əlaqədar fikirlərini iştirakçılara çatdırıb. Bir neçə gün qabaq Xocaəfəndi ilə görüşən Mustafa Yeşil onun “son” mülahizələrini “məalən (öz sözləri ilə)” açıqlayıb.
Son vaxtlar Hizmət hərəkatına atılan böhtanlara toxunan Mustafa Yeşil Xocaəfəndinin bu məsələ haqqında: “Hizmətin heç vaxt fərdi, şəxsi bir məqsədi və təmənnası ola bilməz. Quran və Sünnəyə sadiq qalmaq və məşru olmaq bizim “olmazsa, olmaz”ımızdır”, dediyini bildirib. Xocaəfəndinin: “Nəinki Quran və Sünnə ilə, hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça biləsiniz, elə sözlər sərf edin ki, sabah onların üzünə baxa biləsiniz. Əgər bir gün – baxmayaraq ki bu qədər nalayiq sözlər sərf etdilər – qapınızı döysələr, qapınız açıq olmalıdır. Bunu unutmayın!” dediyini açıqlayıb.
“Sizə “it” də desələr, yaxşıya yozun, təhqirlə qarşılıq verməyin
Mustafa Yeşil Xocaəfəndinin Hizmətə qarşı edilən təhqirlər haqda: “Sizə “it” də desələr, siz onu pisə yozmayacaqsınız. “Allah razı olsun qardaşlarımızdan, bizi Allah-taalanın yaratdığı bir canlı yerinə qoyublar”, - deyin. İtin belə bir qiyməti olduğunu düşünüb bu sözdən pis məna çıxramayacaqsınız. Unutamayın, gərginliklər müvəqqətidir. Elə sözlər sərf edin ki, keçmişə baxanda üzünüz qızarmasın, utanıb xəcalət çəkməyin. Biz səbrə və sukuta üstünlük veririk. Unutmayın ki, demoqoqluq etməklə, hər sözə cavab qaytarmaqla, təhqirə təhqirlə cavab verməklə Allah-taalanın rizasını qazanmaq olmaz. Mən yalnız doğru danışmağınızı tövsiyə edirəm. Unutmayın, məşru (qanuni) dairə dardır. Bəzən bu dairədən kənara çıxa bilməməyiniz sizi sıxacaqdır. Daha çox şey demək istəyəcəksiniz. Ancaq, yaddan çıxarmayın, səbrin gücü və məşru dairədən kənara çıxmamağınız gələcəyin və “müsbət hərəkət”in əsasıdır. “Olmazsa, olmaz”ıdır”, sözlərini açıqlayıb.
Heç kimə qəzəbli deyiləm, neçə-neçə zalımı əfv etdik, amma Allahın haqqı var...
Mustafa Yeşil çıxışında Xocaəfəndinin kimsəyə qəzəbli olmadığını da qeyd edib. GYV sədri Xocaəfəndinin məsələ ilə bağlı mülahizələrini belə açıqlayıb: “Kimsəyə nifrət və kinimiz yoxdur, olmaz da. Biz əhli-dəyanət olmayanları belə əfv etmiş insanlarıq. Əlbəttə qardaşlarımızı da əfv edəcəyik. Ancaq mən bircə şeydən qorxuram, Allahın haqqını tapdalayıblarsa, xalqın hüququna təcavüz ediblərsə, bunu bağışlamağa bizim səlahiyyətimiz yoxdur. Bu, Allaha aiddir. Mən sizdən işinizə qayıtmanızı, nə cür təhqir edirlər-etsinlər qulaqlarınızı tıxayaraq Allahın rizasından gözünüzü ayırmamağınızı gözləyirəm.”
Mustafa Yeşil Xocaəfəndinin mülahizələrini belə davam etdirib: “Dərdiniz bu xalq olsun. Unutmayın insan oğlu qəmsiz mümkün deyil. Qəmsiz olana da insan demək mümkün deyil. Həqiqət dərdiniz olsun, dərdli olun. Həyatınızı işinizə həsr edin, bir möminin qəlbini qırmağı ağlınızdan belə keçirməyin. Ancaq, ittihamlara hüquq çərçivəsində, əlbəttə cavab verəcəksiniz. Xalqa aydınlıq gətirmək, bu kimi böhtanların cəmiyyətə mənfi təsirlərini aradan qaldırmaqdan ötrü, əlbəttə fikrinizi söyləyəcəksiniz. Ancaq bu əsla təcavüz, yalan və böhtan şəklində olmamalıdır. Hüquqdan kənara çıxmamalıdır.”
Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq
GYV sədri Mustafa Yeşil Xocaəfəndinin sözlərinə belə yekun vurub: “Başlanğıcda xalq həqiqəti təsbit etməkdə çətinlik çəkir, gah ora, gah bura kütləvi şəkildə sovrulanlar olur. Ancaq unutmayın, xalqın vicdanı bir gün haqq və həqiqəti görəcək. Haq və həqiqətin harada olduğu ortaya çıxacaq. Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq.”
- tarixində yaradılmışdır.