Fəthullah Gülən Xocaəfəndi Nigeriya mətbuatında
Nigeriyanın tanınmış qəzeti “Leadership” möhtərəm Fəthullah Gülən Xocaəfəndinin məqalələrini dərc etməyə başladı. Oxuculardan müsbət rəy aldığını deyən qəzetin baş redaktoru Xocaəfəndinin duyğu və düşüncələrini insanlara çatdırmaq üçün məqalələrini yerli dillərdə dərc etdirəcəyini açıqladı.
167 milyona yaxın əhalisi olan Nigeriya Afrikada əhalinin sayına görə birinci sırada dayanan ölkədir. Hər həftə Xocaəfəndinin məqalələrinə bir tam səhifə ayıran və 2009-ci ildə ən yaxşı qəzet mükafatına layiq görülən qəzetin baş redaktoru Süleyman Uba Qaya mütəfəkkirin düşüncələrinə bütün dünyanın ehtiyacı olduğuna inanır.
“Fəthullah Gülənin sülhpərvərliyi və bu yoldan dönməzliyi diqqətimi çəkmişdi. Dünyanın get-gedə nifrətlə bölündüyü belə bir dövrdə, o tolerantlıq, sülh və sevgi düşüncələrini yayır. Səhradakı vahə kimi. Dünyanın düzəlməsi üçün hörmətli Gülən kimi insanlara ehtiyacımız var. Özünü ifadə etmək istəyənlər zorakılığa baş vurur. Zorakılıq dünyanı yerlə-yeksan edir. Buna görə ona çox ehtiyacımız var”.
Oxuculardan müsbət rəy aldığını deyən Uba Qaya məqalələri daha çox insana çatdırmaq üçün bu işə başladığını açıqladı.
“Gülənin məqalələri haqqında çoxlu müsbət rəy bildirənlər oldu. “Leadership” milli qəzetdir və Nigeriyanın 167 milyon əhalisi var. Qəzetimizi hər gün milyonlarla adam oxuyur. Ötən Cümə dərc etdirdiyimiz məqaləyə minlərlə müsbət rəy bildirənlər oldu. Bu səbəblə davam etdirməyə qərar aldıq. Hausa dilində danışan 70 milyondan çox əhali var, buna görə Gülənin fikirlərini tərcümə edib həm “Leadership” qəzetində həm də “Jumhuriye” adlı həftəlik qəzetimizdə dərc etdirəcəyik”.
Qəzetin son sayında Fəthullah Gülən Xocaəfəndinin yazılarından bəzi paraqraflar seçilərək “İnsan olmanın mənası” və “İslam hər problemi həll edə bilərmi?” adı ilə dərc olundu.
- tarixində yaradılmışdır.