Fəthullah Gülən: “Partiya qurmaq düşüncəmiz heç olmadı, olmayacaq!”

Fəthullah Gülən: Partiya qurmaq düşüncəmiz heç olmadı, olmayacaq!

Yazıçılar və Jurnalistlər Vəqfinin fəxri sədri Fəthullah Gülənin, “Partiya qurmaq düşüncəmiz heç olmadı, olmayacaq!” başlıqlı yeni söhbəti “Herkul.org” saytında yayınlanıb. Fəthullah Gülən son günlərdə bəzi kütləvi informasiya vasitələrinin “Könüllülər hərəkatı”nın (“Hizmət”) partiya qurmasını iddia etməsinə və yeni qurulan hansısa partiya ilə əlaqələndirilməsinə münasibət bildirib: “Heç bir zaman partiya qurmaq kimi bir düşüncəmiz olmadı. Bu hərəkatın ən kiçik fərdində belə bu cür bir fikir olmayıb. Bir çoxlarının xoşuna gəlməsə də Həzrəti Pirin ifadəsi ilə desək, “Əuzu billəhi minəş-şeytani vəs-siyasət”, yəni şeytandan və siyasətdən Allaha sığınıram”.

Fəthullah Gülən hərəkat üzvlərinin siyasətlə yalnız bir şəkildə əlaqəsinin mümkün olduğunu vurğulayıb: “Partiyadan hər hansı biri insani dəyərlər mövzusunda, demokratiya adına bir şey vəd edirsə, əlbəttə ki, millət də axmaq deyil, səsini gedib ona verər. Bu barədə təbliğata, insanları inandırmağa da ehtiyac yoxdur. Onsuz da bu günə kimi bunu edən də olmadı. Bir şeylərə ümid edərək müəyyən bir dövrdə qapı-qapı gəzdilər, “qlobal insani dəyərlər” dedilər, “demokratiya” dedilər, “dost qazanmaq” dedilər. Çox güman insanlar da deyilənlərə inanıb onlara səs verdilər”.

Fəthullah Gülən bütün ömrü boyu yalnız bir dəfə insanlara seçkilərlə bağlı çağırış etdiyini bildirib: “Həyatımda yalnız bir dəfə bir şey dedim. O da referendum mövzusunda. Qanunlarda, antidemokratik qanunlarda dəyişikliklər ediləcəyinə görə, o yaşa qədər demədiyim bir şeyi dedim. Dörd il əvvəl, yəni 70 yaşıma qədər demədiyim bir sözü o zaman dedim”.

“Xalq ifadəsi ilə deyim, ovuclarını yalayarlar”

“İndi bəziləri sizə yaxın kimi görünür, partiya qurur; bəziləri də “filankəslər partiya qururlar, qursunlar ağızlarının payını alsınlar!” deyirlər. Bizim nə əvvəl, nə də indi elə bir düşüncəmiz olmadı, bundan sonra da olmayacaq. Bu günə qədər hansı düşüncədə olduqsa, bundan sonra da elə olacaq. İnsanlar qlobal insani dəyərlər adına, demokratiya adına, Orta Asiyadakı, Yaxın Şərqdəki insanların könüllərinin fəthi adına, Türkiyəni irəli aparma adına bir şey vəd edənlərə gedib səs verərlər. Amma “Səs hökmən bizə veriləcək, biz filan şeyi təmsil edirik!” deyənlərə də, xalq ifadəsilə deyim, onlar da ovuclarını yalayarlar”.

“Bizim partiyamız yoxdur, heç bir zaman da olmadı”

Heç bir siyasi partiyaya mənsub olmadıqlarını bildirən Fəthullah Gülən fikirlərini belə yekunlaşdırdı: “Bizim partiyamız yoxdur. Belə şeylərlə də heç əlaqəmiz olmadı. Bir insan bəlkə gəncliyində belə şeylərə həvəs edə bilər. Bir zaman ayağına qədər gələn bir fürsəti qəbul etməyən insan 70 yaşından sonra ona meyl edərmi? Sözün düzü, ağlını pendirlə yeməyən hər bir mömin kimi mən də pendir yesəm də ağlımı onunla birlikdə yemirəm”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.