“Fəthullah Gülən peyğəmbər aşiqidir”
İtaliyanın İslam üzrə tanınmış mütəxəssisi professor Francesco Zannini Fəthullah Gülən Xocaəfəndini "peyğəmbər aşiqi" kimi xarakterizə etdi.
Torino Universitetində Fəthullah Gülən və “Hizmət” hərəkatının müzakirə edildiyi konfransda çıxış edən Zannini: “Gülənin yetişdiyi ictimai, mədəni və tarixi mühiti təhlil edərək, anladım ki, dini dəyərlərə möhkəm bağlılıq müasirliyə mane deyil”, - dedi. Professor Gülənin fikirləri əsasında açılan məktəblərin buna bariz nümunə olduğunu vurğuladı.
İslamiyyətin fikir mübadiləsindən çəkinən bir din olmadığını açıqlayan Zannini: "İslamiyyətin elə özü dialoq, qarşılıqlı uzlaşmadır", - dedi. Zannini Gülənin "kamil insan" modelini ortaya qoyaraq müasir cəmiyyətdə Peyğəmbər və Onun səhabələri kimi yaşamağın mümkünlüyü əyani şəkildə sübut etdiyini bildirdi.
Türkiyədə bəziləri Fəthullah Güləni dində islahat aparmaqla, dini dəyişdirməklə ittiham etdiyini bildirən Zannini: “İndiyə qədər oxuduğum əsərlərində bu ittihamların əksini müşahidə etmişəm”, - dedi. Zannini Gülənin dini kamil şəkildə yaşayan, həmçinin digər din və mədəniyyət mənsubları ilə sülh və əmin-amanlıq içərisində yaşamanın zərurətinə inanan insan olduğunu bildirdi.
Vatikana bağlı olan İslam və Ərəb Mədəniyyəti Araşdırmaları üzrə Universitetin həmkarı professor Francesco Zannini uzun illər Banqladeş və Misirdə İslamiyyət haqqında tədqiqat işləri ilə məşğul olmuşdur. Professor Zannini bu ilin aprel ayından Gülən hərəkatı haqqında geniş elmi işə başlamışdır.
Tədbirin təşkilatçısı Alba Mədəniyyətlərarası Dialoq Dərnəyinin sədri M. Fatih Çamlıca isə Fəthullah Gülənin insanı dünyanın mərkəzinə yerləşdirdiyini, insana insan olduğu üçün hörmət və sevgiyə layiq olduğunu və bunun da dialoqla həyata keçəcəyinə inandığını vurguladı.
Yüz otuza yaxın iştirakçının yer aldığı konfransın sonunda Fəthullah Gülənin İtalya dilinə tərcümə edilmiş əsərləri təqdim edildi, qonaqlar hədik (aşurə yeməyi) süfrəsinə dəvət edildi.
- tarixində yaradılmışdır.