“Fəthullah Gülən, qarşıdurmalarla dolu dünyamızda sülh nəsli yetişdirir”
“Fəthullah Gülən insanların sülh içində yaşaması üçün çalışan dəyərli zəncirin halqalarındandır”.
Bunu Rusiya Elmlər Akademiyasının Şərq İnstitutunun sabiq direktoru məşhur professor Rostislav Ribakov dünyanın əhəmiyyətli sülh mükafatlarından olan “Qandi-King-İkeda Sülh Mükafatı”nın Fəthullah Gülənə verilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Fəthullah Gülən təmiz simalı, etik dəyərləri özündə ehtiva edən çağdaş nəsil yetişdirir: “Fəthullah Gülənin Quran və İslamla bağlantısına baxmıram. Məni daha çox onun arxasınca gedən insanlar maraqlandırır. Əmin-amanlıq içində yaşamaq üçün yeni nəsil yetişdirmək lazımdır. Hazırda istənilən məlumatı kompyuter vasitəsilə əldə etmək mümkündür. Amma yaxşılığı, pisliyi göstərmək, etik dəyərləri qazanmaq asan deyil. Fəthullah Gülən bizim ağlımıza gəlməyən bir şeyi tətbiq eləməyə başladı. O, çağdaş dünya insanı yetişdirir. Onun bu fəaliyyəti qarşıdurmalardan yorulmuş dünyamızda bir işıqdır”. Hindistana müstəqillik qazandıran əfsanəvi lider Mahatama Qandi ilə Gülən arasında oxşarlıqlardan danışan R. Ribakov bunları əlavə edib: “Qandi sülh ordusuna liderlik edirdi. Fəthullah Gülən isə pedaqoqlara öndərlik edir. Məqsəd Türkiyənin fanatiklərini yetişdirmək deyil. Onların əsas qayəsi başqa millət və din mənsublarına birlikdə əmin-əmanlıq içində yaşamaq mədəniyyətini aşılamaqdır. Fəthullah Gülən camaatı yaxşılığı və pisliyi ayırd edə bilir. Oğurlamırlar, öldürmürlər və döyüşmürlər. Onların sayəsində XXI əsrdə yeni bir insan modeli ortaya çıxır”. Məşhur rusiyalı alim Fəthullah Gülənin terrorçuluqda, Türkiyə hakimiyyətini ələ keçirməyə cəhddə, Amerikanın agenti olmaqda ittiham edilməsinə də münasibət bildirib: “Qaranlıq içində yanan işığı hər zaman söndürmək istəyiblər. Fəthullah Gülən yaşca məndən böyükdür. O 150 yaş yaşayası deyil ki. Məncə bu iddialar Güləni deyil, onun haqqında bu ittihamlarla çıxış edənlərin özlərini tərif edir. Fəthullah Gülənin xəyal etdiyi dünyada, onun fəlsəfəsində, yetişdirdiyi insanlarda qarşıdurmaya, müharibəyə, terrora yer yoxdur. O ələ keçirmə yox, münasibət qurmağa cəhd edir”. “Fəthullah Gülən sülh elçisidir”,- deyən R. Ribakov qeyd edib ki, “Müsəlman terrorist, terrorist də müsəlman ola bilməz” ifadəsi ona məxsusdur.
- tarixində yaradılmışdır.