Fəthullah Gülən: Siyasi Bir Məqsədim Yoxdur

Fəthullah Gülən dünyanın ən nüfuzlu jurnallarından "Foreign Policy"-ə verdiyi müsahibədə heç bir siyasi məqsədinin olmadığını vurğuladı.

Gülən Jurnalın tərtib etdiyi "Yaşayan Ən Böyük 100 İntellekt" anketində Fəthullah Gülən birinci olmuşdu. Bu səbəblə "Foreign Policy" Güləndən müsahibə aldı. Birinciliyi barədə verilən suala Gülən belə cavab verdi: "Dünyada önəmli bir mövqeyə sahib olmağı, ya da önəmli şəxs olaraq seçilməyi düşünmədim. Allaha və insanlığa xidmət etməyə çalışdım". Həyat fəlsəfəsinə görə: "Vəzifə və rütbələrdən" uzaq durduğunu vurğulayan Gülən: "Ancaq nəzakətli insanların bu təqdirinə laqeyd yanaşa bilmərəm. Özümü layiq bilməsəm də, "Yaşayan Ən Böyük İntellekt" olaraq məni seçmələri böyük bir ehtiramdır", -şəklində danışdı.

Jurnalın "siyasi məqsədi" olub-olmamamsı barəsində sualına Fəthullah Gülən: "Heç bir siyasi məqsədim yoxdur. Yeganə məqsədim Allahın rizasını qazanmaq və insanların Allahı düzgün tanıyıb və sevməsidir", -dedi. İslamın siyasətdəki yerinə bağlı bir suala isə İslamın sadəcə bir siyasi sistem təlqin etmədiyini vurğulayaraq cavab verən Gülən: "Bunun yerinə İslam bir hökumətin ümumi xarakterini müəyyən edən təməl prinsiplər qoyar", -dedi.

Məktəblərə Nəzarət edən Mərkəzi Rəhbərlik Sistemi Mövcud Deyil

Gülən "Foreign Policy"in Türk məktəbləri ilə bağlı sualına: "Bu məktəblərin açılması təkliflərini irəli sürür və insanları bu yöndə cəsarətləndirirəm. Ancaq məktəblərə nəzarət edən mərkəzi bir rəhbərlik sistemi mövcud deyil. 100-dən çox ölkədə məktəb var. Bu məktəbləri açan və idarə edən bir çox şirkət olmalıdır. Bəzilərinin mənimlə yaxın əlaqəsi ola bilər. Təcrübələrini mənimlə bölüşə bilərlər", -dedi. "Gülənist, Gülənizm" ifadələrini də qəbul etməyən Gülən, sözünə belə davam etdi: "Mən yazıçıyam və vaxtilə vaizlik etmiş bir adamam. Bəzi insanlar, ya da fəaliyyətlər üzərində bilavasitə təsirim yoxdur. Kiməsə təzyiq də göstərməmişəm. Bununla yanaşı, bəzi insanlar mənim fikirlərimə diqqət yetirib mənə hörmət göstərə bilər. Ümid edirəm ki, bununla özlərini aldatmazlar. Bəzi insanlar məni bu hərəkatın lideri kimi görə bilər. Bəziləri bütün fəaliyyətləri idarə edən mərkəzi bir idarə etmə sistemi olduğunu zənn edə bilər. Bu adamlar insanların Allaha və insanlığa xidmət etmə şövq və fədakarlığını layiqincə qiymətləndirmir. Bu cür səhv mülahizələr məktəblərin maliyyəsi barədə insanları şübhəyə salmış ola bilər. Türkiyədə kiçik  bir qrup illərlə səhhətimlə məşğul olmağıma baxmayaraq, siyasi məqsədlərimin olduğunu irəli sürüb, məni ittiham edir".

Terrorizmlə əlaqəli isə İslamın terroru qınadığını xatırladan Gülən, propaqanda aparıldığını, insanlardan sui-istifadə edildiyini və hətta manqurtlaşdırıldığını dilə gətirdi: "Terroru məğlub etməyin yolu hər kəsin insan olduğunu qəbul etməkdən keçir. Bir irqə və ya bir ailəyə bağlı dünyaya gəlişi biz seçmədik. Fərqlilikləri qəbul edib, insanlardan qorxmamalıyıq. Təhsil və dialoqla fərqliliklərin öhdəsindən gələ bilərik".

Türkiyəyə Qayıtmağı Arzulayıram

Fəthullah Gülən Türkiyəyə qayıdışla bağlı suala isə: "Ölkəmə qayıtmağı arzulayıram. Orada dostlarım var. Bununla yanaşı, öz qədərimə təslim olmuşam və onun verəcəyi hər hökmə razıyam", -cavabını verdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.