Fəthullah Gülən Xocaəfəndi "21 Dekabr və qiyamət" şayiələri haqda fikir bildirdi!
Fəthullah Gülən Xocaəfəndi tələbələri ilə birlikdə təşkil olunan təfsir dərsində "Qiyamət günü və cəhənnəm" haqda fikrini bildirdi.
Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin ənənəvi müzakirəli təfsir dərsinin səsyazması Herkul.org internet ünvanının “Herakül nağme” bölümündə dinləyicilərə təqdim edildi.... “Herkul nağme”də yer alan bu səsyazmanın adı “Tefsir dersi ve cehennemin homurtusu”dur. Dərsə ilk öncə “Furqan” surəsinin məalı oxundu, arxasınca Xocaəfəndi ayələrə şərh gətirdi.
Möhtərəm Xocaəfəndi qiyamətin qaçılmaz olduğunu vurğuladı.
“Qurani-Kərim neçə yerdə yaradılışdan bəhs edir. Demək ki bu, bəşəriyyət üçün çox ciddi bir məsələdir. Belə ki, inancsızlar belə bundan qorxurlar”.
Fəthullah Gülən Xocaəfəndi, qiyamət vaxtını bilməyin mümkünsüz olduğunu bildirdi.
“Biri “dekabrın filan günündə filan hadisə olacaq” yalanını atdı ortaya. Nə qədər insan buna inandı, bununla məşğul oldu... Şayiələr gəzdi, guya “Rusiyada yeraltı tunellər qazırlar, girib orada gizlənirlər”... (Qiyamət qopsa) hər yer paramparça olacaq, gizlənsən nə, gizlənməsən nə?”
Xocaəfəndi vurğulayaraq bildirdi ki, qiyamətin vaxtını yalnız Cənabi-Allah bilə bilər.
“Həmişə deyirəm “Ya Rəbbim qiyamət qopanda elə bir yerdə olum ki, kainat miqyaslı bu əzəmətli hadisəni, Səninin icraatını müşahidə edim”. Nə olar, gəlir gəlsin, istəsə indi gəlsin”.
Fəthullah Gülən Xocaəfəndi bildirdi ki, axirətdə insanın ən yaxın yoldaşı saleh əməldir.
“Namaz orada (axirtədə) bir şeyin, oruc bir başqa şeyin inkişafına səbəb olacaq. Məsələn, reyyan qapısı oradadır, dünyada (oruc tutaraq) susuzluğa dözmüş insanlar orada doyunca su içəcək və bir də susuzluq çəkməyəcək. Demək axirət yurdunun inkişafı iman, İslam, əməli-saleh, əxlaq, əxlaqi-aliyədən asılıdır”.
- tarixində yaradılmışdır.