Fəthullah Gülən Xocaəfəndi Baş Nazirin müavini Əmrullah İşlərin əleyhinə təzminat iddiası qaldırıb

Fəthullah Gülən

Fəthullah Gülən Xocaəfəndi Baş Nazirin müavini Əmrullah İşlərin əleyhinə 50000 TL-lik təzminat iddiası qaldırıb. Məlumatlara görə, Fəthullah Gülən “Camaatın işi bitmişdir!” sözlərinə görə Baş Nazirin müavini İşlərin əleyhinə iddia qaldırıb.

Fəthullah Gülən Baş Nazirin müavini Əmrullah İşlərin əleyhinə təzminat iddiası qaldırıb. Gülənin vəkili Nurullah Albayraq tərəfindən Ankara Mülki Məhkəməsinə verilən iddia ərizəsində Baş Nazirin müavini İşlərin 17 mart 2014-cü il tarixində bəzi qəzetlərə Gülən əleyhinə həqarət məzmunlu açıqlamalar verdiyini əsas gətirib.

Fəthullah Gülənin vəkili verdiyi iddia ərizəsində Baş Nazirin müavini Əmrullah İşlərə aid “Təəssüf ki, camaat artıq düzgün qərarlarlar verməkdə aciz qalıb. Camaatın işi bitmiş, yerinə başqa bir təşkilat ortaya çıxmışdır. Yaxın tarixdə nə qədər çirkli və qaranlıq işlər varsa, təhdid və şantajlar edilmişsə, arxasında bu təşkilatın dayandığı ortaya çıxmışdır. Artıq qarşımızda camaat deyil, şəbəkə var. Dövləti ələ keçirməyə çalışan bir təşkilatla mübarizə aparırıq. MGK (Milli Təhlükəsizlik Təşkilatı) da bu təşkilatı təhlükəli hesab etməyə başlayıb. Bu şəbəkə Türkiyə Cümhuriyyətinin istiqlaliyyətini və xalqımızın gələcəyini təhdid etməkdədir” sözlərinin müvəkkili Fəthullah Gülənə həqarət olduğunu iddia edib.

İddia ərizəsində “17 Dekabr 2013-cü il tarixində başlayan istintaqdan sonra Baş Nazir və AK partiya üzvləri illeqal bir təşkilatın varlığını ortaya atmışlar. Onlar “paralel dövlət” adlı illeqal bir təşkilatın bütün qanunsuz işlərə əl atdığını iddia etmişlər. Müvəkkilimi isə sözügedən “paralel təşkilat”a rəhbərlik etməkdə ittiham etmişlər. “Paralel dövlət” və müvəkkilimin bu təşkilatın rəhbəri olması haqda iddialar açıq-aşkar iftiradır”sözlərinə yer verilib.

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.