Fəthullah Gülən Xocaəfəndi Dili Olimpiadalarının yekun tədbirini izləyib
Fəthullah Gülən Xocaəfəndi Beynəlxalq Türk Dili Dərnəyinin (TÜRKÇEDER) İstanbul Atatürk Olimpiada Stadionunda “Ümumbəşəri sülhə doğru” adlı XI Türk Dili Olimpiadasının yekun tədbirini televiziyadan izləyib.
Fəthullah Gülən Xocaəfəndi, demək olar, hər səhnədə dua etdi, adı çəkiləndə utanaraq istiğfar etdi və hər şagirdin çıxışını “Maşallah” sözləri ilə izlədi. Göz yaşı və dualarla tədbiri izləyən Xocaəfəndi “İnsanları “qara-ağ” deyə bir-birindən qoparıblar. Bunu ancaq kökdən gələn hərəkatlar düzəldə bilər. İmkanım olsaydı, o iki min şagirdin hər birinə beş min lirə verərdim. Bundan artığına layiqdirlər”. Xocaəfəndi səhnənin dekorasiyasını, seçilən rəngləri və naxışları da çox bəyəndi. Tədbiri izləyərkən “Allahım burada üzlərini güldürüb sevindirdiyin kimi, bu dünya çiçəklərini axirətdə də güldür”, ‒ deyə dua etdi. Tədbir əsnasında “Siz qəlbinizi cahana açmısınızsa, hər kəsi qucaqlamalısınız” – deyə fikirlərini bildirdi.
- tarixində yaradılmışdır.