Fəthullah Gülən Xocaəfəndi "Dünyanın ən nüfuzlu 500 Müsəlmanı" reytinq siyahısını dəyərləndirdi
Fəthullah Gülən Xocaəfəndi “Dünyanın ən nüfüzlu 500 Müsəlmanı” reytinq sıyahısı haqqında fikirlərini bildirdi.
Səudiyyə Ərəbistanı Krallığı İslam üzrə Strateji Araşdırmalar mərkəzi “Dünyanın ən nüfüzlu 500 Müsəlmanı” reytinq siyahısını dərc etdi.
Məşhur şəxslərin beynəlxalq nüfuzuna görə, hazırlanan siyahının ilk 50 nəfərinin dördü türkiyəlidir.
Dünyanın ən nüfuzlu şəxsiyyətləri sıyahısında Türkiyədən Prezident Abdullah Gül, Baş Nazir Rəcəb Tayyib Ərdoğan, Fəthullah Gülən Xocaəfəndi və professor Əkmələddin Ehsanolğunun adı var. Siyahıda Baş Nazir Rəcəb Tayyib Ərdoğan ikinci, Fəthullah Gülən Xocaəfəndi onuncu, Prezident Abdullah Gül iyirmi dördüncü, professor Əkmələddin Ehsanoğlu isə qırx üçüncü sırada yer alır.
“Dünyanın ən nüfuzlu 500 Müsəlmanı” reytinq siyahısı ilə bağlı duyğu və düşüncələrini dilə gətirən Fəthullah Gülən Xocaəfəndi ilk öncə – əgər bir faydası varsa – belə bir siyahıda Türkiyədən daha çox insanın yer tutmağa layiq olduğuna işarə edib, Türkiyədə nə qədər dəyərli alimin, incəsənət və idman xadiminin, siyasətçi və iş adamının buna haqqı çatdığını bildirdi.
Xocaəfəndi Prezident Abdullah Gül və Diyanət İşləri Başqanı Mehmet Görməzin müsəlmanlar arasında digərlərinə nisbətən daha nüfuzlu olduğunu vurğuladı.
- tarixində yaradılmışdır.