Fəthullah Gülən Xocaəfəndi Kasablankada “Ayın yazarı” adına layiq görülüb
Bu il keçirilən XX Beynəlxalq Kasablanka Kitab Sərgisində Fəthullah Gülən Xocaəfəndinin kitablarına böyük maraq göstərilib.
Mərakeşin ən böyük kitab evi – Əlfiyə nəşriyyatı Fəthullah Gülən Xocaəfəndini “Ayın yazarı” adına layiq görüb. Beləliklə Xocaəfəndi və Hizmət hərəkatına aid bütün əsərlər bir ay ərzində Əlfiyə nəşriyyatı tərəfindən sərgilənəcək. Kaynak Kültür Yayın Qrupu nəzdində fəaliyyət göstərən “Dar əl-Nilə” nəşriyyatı Türkiyəni təmsil edən yeganə kitab evi olub. Sərgidə 54 ölkədən 700-dən artıq nəşriyyat iştirak edib.
Oxucular ən çox Fəthullah Gülən Xocaəfəndinin Peyğəmbərimizin (s.a.s.) həyatından bəhs edən “Sonsuz Nur” kitabına maraq göstərib. Fərid əl-Ənsarinin qələmə aldığı “Süvarinin dönüşü”, “Ər oğlu ərlər” və “Son süvari” adlı əsərlər də çox satılan kitabların arasında yer alıb. “Dar əl-Nilə” nəşriyyatının direktoru Şükrü Şahin bu il ötən illərə nisbətən daha çox kitab sərgilədiklərini, buna baxmayaraq sərgi bitmədən bütün kitabların satıldığını söyləyib.
İllərlə Xocaəfəndinin əsərlərini yaxından izləyən bir çox oxucu olduğunu deyən Şahin bildirib ki: “Sərgini ziyarət edən mərakeşli bir millət vəkili xeyli kitabları incələdikdən sonra Xocaəfəndinin əsərlərindən ibarət külliyyatı, Hizmət hərəkatına həsr olunan kitabları və Ərəb dilində çap olunan Risaleyi-Nur külliyyatını satın aldı və “Sərgidə əksər kitablar bir-birinə bənzər mövzulardadır, ancaq sizdən aldığım kitablarda orijinal düşüncələr var”, - dedi. Bir çox mərakeşli Hizmət hərəkatına və Hərəkatın mənəvi böyüyü Möhtərəm Xocaəfəndiyə son vaxtlar atılan iftira və edilən təhqirlərə görə təəssüf hisləri keçirdiyini dilə gətirmişlər.
- tarixində yaradılmışdır.