Fəthullah Gülən Xocaəfəndi “Marmaray”ı tərifləyib
“Cəmiyyətdə ahəngin pozulması və problemlərin həllində üslub” adlı son söhbətdə Fəthullah Gülən Xocaəfəndi ilk növbədə toplumun problemlərini düzgün müəyyənləşdirərək ən münasib yollarla həll etməyin zərurətindən danışıb. Doğru və faydalı bir işə imza atanları təşviq etmək və kiçik də olsa müsbət hər bir şeyi alqışlamaq lazım gəldiyini söyləyən Xocaəfəndi “Marmaray” layihəsindən “Bu necə də gözəl bir şeydir” deyərək tərif edib.
Sözügedən söhbətdə Fəthullah Gülən Xocaəfəndi: “Dinin yarısı insafdır; insaf dinin yarısıdır. İnsaflı olmaq lazımdır. Doğrunun doğru olduğunu qəbul etmək, onu alqışlamaq lazımdır. Doğrunu həyata keçirən insanları təşviq etmək, gücləndirmək, həvəsləndirmək lazımdır”, - deyib.
Osmanlı dövründə xəyalları qurulan lahiyənin maddi və texniki imkansızlıqdan həyata keçmədiyini xatırladan Gülən: “Bu işi həyata keçirməkdə çox gecikdik deyenlər var. Bəli, həqiqətən gecikmişik, amma, düzünü desək, bugünədək nə maddi, nə də texniki imkanımız bu işi həyata keçirməyə əlverişliydi. Demək indi qismət imiş, Cənabi-Allah bu insanlara nəsib elədi”, - deyib.
“Dinin yarısı insafdır; insaf dinin yarısıdır. İnsaflı olmaq lazımdır”, - deyən Fəthullah Gülən Xocaəfəndi söhbətinə belə davam edib: “Doğrunun doğru olduğunu qəbul etmək, onu alqışlamaq lazımdır. Doğrunu həyata keçirən insanları təşviq etmək, gücləndirmək, həvəsləndirmək lazımdır. Sizin bu sahədə qısa müddətdə həyata keçirmək üçün bundan daha gözəl planlarınız varsa, lahiyəsini hazırlayıb təqdim edərsiniz. Mən burda nə kimisə müdafiə edirəm, nə də kiminsə əleyhinə danışıram. Hörmət etdiyim insanlara məsələlərə bu cür yanaşmaq lazım gəldiyini ərz etmək istəyirəm. “Başqa şəkildə də etmək olardı. Mənim dediyim kimi olmadığına görə, bu işə bir baxmaq lazımdır, üzünə çırpmaq lazımdır, “başınıza dəysin” demək lazımdır” düşünmək çox yanlışdır. Kiçik də olsa, müsbət hər bir şeyi alqışlamaq lazımdır. O işi həyata keçirən insanları ürəkləndirmək lazımdır. Həvəsləndirmək lazımdır ki, daha gözəl işlər görsünlər”.
- tarixində yaradılmışdır.