Fəthullah Gülən Xocaəfəndi Nigeriya mətbuatında
Fəthullah Gülən Xocaəfəndinin Financial Times qəzetində dərc olunan məqaləsi Nigeriya mətbuatında geniş şəkildə işıqlandırıldı.
Fəthullah Gülən Xocaəfəndinin “Peyğəmbərimizin sünnəsində zorakılığa yer yoxdur” adlı məqaləsi Nigeriya mətbuatında geniş işıqlandırıldı. Nigeriyanın tanınmış qəzeti “Liderşip (Leadership)” Gülənin Financial Times-da dərc olunan məqaləsi bir səhifəlik xəbərlə oxuculara təqdim olundu.
Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.s.) həqarəti qınayan müsəlmanları mötədilliyə və etirazlarını dinc yolla bildirməyə səsləyən məqalə Nigeriyanın məşhur “Daily Trust” və “People’s Daily” qəzetlərində də dərc olundu. Müsəlman və Xristian xalqalarının birgə yaşadığı Nigeriyada bəzən qarışıqlıqlar olsa da, ümumi mənada hər iki dinin mənsubları sülh içində yaşayır. Xüsusilə son dövrlərdə Boko Haram adlı terror təşkilatının Xristianlara etdiyi hücumları iki dinin mənsublarının qarşıdurmasına gətirib çıxarır, Nigeriya mediasının məqaləyə göstərdiyi marağın səbəbi də məhz budur. Fəthullah Gülən Xocaəfəndi Nigeriyada sevilən və fikirlərinə etibar edilən bir şəxsiyyətdir. Gülən, “Peyğəmbərimizin sünnəsində zorakılığa yer yoxdur” adlı məqaləsində son dövrlərdə İslamın müqəddəs dəyərlərinə edilən təhqirlərə biganə qalmamağı vurğulamış, ancaq münasibət bildirmədə dinc yollara üstünlük verməyə səsləmişdir.
- tarixində yaradılmışdır.