Fəthullah Gülən Xocaəfəndi: “Türkiyə və İslam aləminə gündə bir saat dua edək”
Fəthullah Gülən Xocaəfəndi bayram namazını yaxın bölgədə yaşayan türklərlə birlikdə qılıb. Daha sonra dostlarla söhbət edən Xocaəfəndi qonaqlardan başda bayram günləri olmaqla gündə bir saat Türkiyə və İslam aləminin başına gələn müsibətlərin dəf edilməsi və sıxıntıların sovuşdurulması, həmçinin inanclı insanların islahı naminə dua eməyi rica edib. Xocaəfəndi ziyarətinə gələn balaca qonaqlarla da bir-bir görüşüb, onlarla söhbət edib, onlara şokolad və cib xərcliyi paylayıb. Gülən Xocaəfəndi Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) sünnəsinə müvafiq olaraq xanımların otağına keçərək onların da bayramını təbrik edib. Bayram namazının ardınca oxunan xütbədə inanan insanın ümidvar olmasından bəhs edilib.
Herkul.org internet saytının baş redaktoru Osman Şimşək oxuduğu xütbədə tarixin təkrar etdiyini və müsibətlərin, fəlakətlərin ardı-arası kəslimədiyini söyləyib. Millətə zülm edənlərin məzlumları haqsız göstərməyə çalışdığını bildirən Şimşək hər şeyə rəğmən inananların ümidsiz olmaması lazım gəldyini vurğulayıb. Zülm edənləri möminlər bağışlasa da, dinə və imana zərər verənlərin Allahın dərgahında əfv edilməyəcəyini söyləyib.
- tarixində yaradılmışdır.