Fəthullah Gülən Xocaəfəndi və “Hizmət Hərəkatı”na dair orijinal fikirlər
“Hira” jurnalının Ərəb ölkələri başda olmaqla bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq konfransların biri də Tunisdə keçirilib.
Tunis Mədəniyyət Nazirliyinin istəyi ilə qısa müddətdə təşkil edilən “Tunis və Türkiyə: Tahir ibn Aşur və Fəthullah Gülən nümunəsində mədəniyyət və reform düşüncəsi” adlı konfransda çıxış edən tədqiqatçı alimlər Fəthullah Gülən Xocaəfəndi və “Hizmət Hərəkatı” haqqında orijinal fikirlər səsləndiriblər.
Professor Xəlil əl Nəhvi (Mavritaniya): “Ustad Fəthullah Güləndə heç kimə nəsib olmayan, Allahın lütf etdiyi fikilərini yayma gücü var. Bir nümunə verim. Əvvəllər Afrikada valideynlər uşaqlarını kilsə məktəblərinə göndərirdilər. Amma sonra Afrikada Fəthullah Gülənin təşviqi ilə məktəblər açıldı və bu vəziyyət əksinə dəyişdi.”
2010-cu ilin əvvələrində Ərəb ölkələrində ilk xalq hərəkatı Tunisdə başlamışdır. Tunis Mədəniyyət Naziri Mehdi Məbruk Tunisin “Hizmət Hərəkatı”nın təcrübəsinə ehtiycı olduğunu dilə gətirib.
Tunis Mədəniyyət Naziri Mehdi Məbruk: “Fərqli coğrafyalarda yerişsələr də, Tunis alimi Tahir ibn Aşurla Fəthullah Gülən birgə yaşama mədəniyyətinin təşəkkülündə böyük rola malik iki məktəbin banisidir. Bu məktəblərin hər ikisi, demək olar ki, eyni dəyərləri yaşatdılar. Tunis hazırkı mərhələdə hörmətli Fəthullah Gülənin və “Hizmət Hərəkatı”nın düşüncə və fəaliyyəti ilə ortaya qoyduğu nümunəyə ehtiyacı var.”
Professor Həsən əl Mənnai çıxışında Fəthullah Gülən Xocaəfəndinin Peyğəmbərimizin (s.a.s.) “Mənim adım günəşin doğub-batdığı hər yerə gedib çatacaq” məallı hədisini izah etdiyi video kadrlarını nümayiş etdirib. Təəssüratlarını bölüşüb.
Professor əl-Mənnai: “Eyni hədisi dəfələrlə oxumuşam, amma onun anlayışı bambaşqadır. O ağlayır, mən ağlamıram. İkincisi, hədisə elə əməl edib ki, ətrafında halqa meydana gəlib və bu insanlar Türkiyədə min, dünyada iki minə yaxın məktəb açıblar”.
İordaniyalı tədqiatçı alim Bilal Əttəl hərəkatın fəaliyyətlərinin “Qurani-Kərimin həyatda öz əksini tapması” kimi xarakterizə edib.
Professor Bilal Əttəl: “Fəthullah Gülən Xocaəfəndinin müəssisələrlə birlikdə ortaya qoyduğu təhsil sisteminə nəzər yetirəndə, bunun Quran ayələrinin təfsiri və tətbiqi olduğunu görürük. Məsələn, dünyada açılan məktəblərdə fərqli rəngdə, müxtəlif dinə mənsub, ayrı-ayrı dillərdə danışan bir çox şagirdlə qarşılaşırsınız. Bu, “Bir-birinizi tanıyasınız deyə sizi boylara və qəbilələrə böldük” ayəsinin ən mükəmməl tətbiqidir.”
- tarixində yaradılmışdır.