Fəthullah Gülən Xocaəfəndinin bayram ismarıcı

Fəthullah Gülən Xocaəfəndi Qurban bayramı ilə əlaqədar mühüm məsləhətlər verdi. O bildirdi ki, Türkiyədəki sarsılmaz qardaşlığı bir daha ortaya qoymaq, xatırlatmaq üçün bu bayramı yaxşı dəyərləndirmək lazımdır. Bayramda yoxsul məhəllələrdə və Anadolunun cənub-şərq bölgələrində yaşayan insanlara yardım əli uzatmağı məsləhət görən Xocaəfəndi bunun əhəmiyyətini də belə açıqladı: "Fərz həccini yerinə yetirənlərə bir şey deyə bilmərəm, amma məncə, nafilə ümrə əvəzinə yoxsul məhəllələrə kömək etsinlər. Anadolunun cənub-şərqinə yardım aparsınlar. Vacib, daha vacibin yanında gərəksiz ola bilər”.

Yaşatmaq üçün yaşamaqBirinin ciyərə ehtiyacı varsa, ciyərimizi verməliyik. Ürəyə ehtiyacı varsa, ürəyimizi verməliyik. Biz qazanarıq, ona da qazandırmış olarıq.

Fəthullah Gülən Xocaəfəndi “herkul.org” saytında verilən sonuncu söhbətində bayramda heç bir şeyin Türkiyədəki qardaşlığı poza bilməyəcəyini bayramda göstərməyin vacibliyini vurğuladı. Ziyarətinə gələnlərə “Xoş gəldi, səfa gəldi” – deyən Gülən "Amma zənn edirəm, Allahı da, Peyğəmbəri də məmnun edəcək daha mühüm bir şey vardı. Türkiyədə qalıb qurban yığsaydılar. Hər kəs əlində qurban əti könülləri fəth etmək üçün bir yerə getsəydi. Bir neçə insanla qucaqlaşsaydı. Bir neçə uşağın başını oxşayıb öpsəydi, kim bilir, nə qədər savab qazanardı. Təyyarə pulunu ona versəydi. Gələnlərin başım, gözüm üstə yeri var, lakin başdan da, gözdən də mühüm bir iş var" deyə səsləndi.

Yaşatmaq üçün yaşamaq lazımdır deyən Fəthullah Gülən "Birinin ciyərə ehtiyacı varsa, ciyərimizi verməliyik. Ürəyə ehtiyacı varsa, ürəyimizi verməliyik. Biz qazanarıq, ona da qazandırmış olarıq" deyə davam etdi: "Rəngi, naxışları silinmiş, əlli dəfə aşınmış, bütün dəyərləri yerlə-yeksan olmuş bir toplumun öz mahiyyətinə, öz yoluna qayıtması, bir daha canlanması uğrunda min dəfə ölsək, dəyər. Onun üçün yolumuzun əsas prinsipi yaşatmaq uğrunda yaşamağı tərk etmək. Yolumuz bu, üsulumuz budur".

Mükafat deyil, xidmət dalınca düş...

Görülən işlərdə yüksək hədəflərin qoyulmasına toxunan Xocaəfəndi "Əsas məsələ Allahdan qopmuş insanların irtibatını möhkəmlətmək, Ruhu-Seyyidül-Ənamdan qopmuş insanların bir daha irtibatını təkrar təmin etməkdir... Burada alovlarda yansaq da, əzab-əziyyətdən qıvrılsaq da, bəlalara məruz qalsaq da, məngənələrdən keçsək də, əlli dəfə “preslənsək” də, külüngün biri qalxıb biri ensə də başımıza bu işi heç nəyə fəda etməməliyik. Madam ki xidmət yeri buradır, burada maddi, mənəvi, qəlbi, ruhi mükafat dalınca düşməməliyik. Xidmət dalınca düşmək lazımdır" dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.