Fəthullah Gülən Xocaəfəndinin "Kendi ruhumuzu ararken" adlı kitabı işıq üzü görüb

Fəthullah Gülən Xocaəfəndinin 'Kendi ruhumuzu ararken' adlı kitabı işıq üzü görüb

Tarixin səhifələri kökündən uzaqlaşan millətlərin kədərli hekayələri ilə doludur.Tarixdə iz qoyan ən böyük mədəniyyətlər belə milli-mənəvi köklərindən qopub tarixi ənənələri ilə ziddiyyətə düşdükləri zaman yad mədəniyyətlərin istilasına məruz qalmışlar. Əslində millət olaraq biz də bu həqiqətin “parlaq”, kədərli və canlı bir nümunəsiyik. “Kendi ruhumuzu ararken” kitabı həyatını ilk öncə öz millətinin, sonra bütün bəşəriyyətin dirçəlişinə həsr etmiş “diriliş süvariləri”nin yollarına işıq salan nurlu nəsihətlər toplusudur.

İtirdiyimiz ruhu axtarmağa başladığımız və tarixi dəyərlərimizi “kəşf etmək” üçün canla-başla çalışdığımız belə bir vaxtda ümid edirik ki, əsər bizə bələdçilik edəcək, yolumuzu işıqlandıracaq.

Fəthullah Gülən Xocaəfəndiyə ünvanlanan sualların cavablarının məcmusu olan “Kendi ruhumuzu ararken” kitabı “Prizma” silsiləsinin 9-cu kitabıdır. Xocaəfəndi bu kitabda məsələləri qaneedici üslub və əhatəli yanaşma ilə işıqlandıraraq həm əsaslı meyarlar, həm də tətbiq olunası örnəklər təqdim edir.

Kitabdan bəzi mövzu başlıqları:

  • Osmanlının tənəzzül etməsinin səbəbləri hansılardır?
  • İnsan (İslama, imana, Qurana) xidmət edəndə şirkə girə bilərmi?
  • Edisonun “İlham mənbəyi” olan İslam alimi kimdir?
  • İslamın pul siyasətini ortaya qoyanlar hansı məqamları gözdən qaçırmışlar?
  • Ölən adam bir müddət səsləri eşidə bilir?
  • İnsanlar Ayda məskən sala biləcəkmi? Quranda bu məsələyə işarə olunurmu?
  • Ulduz axmasının rəcmi-şəyatinlə (şeytanların daşlanması) bir əlaqəsi varmı?
  • Halal qazanca göz dəyə bilərmi?
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.