Fəthullah Gülən Xocaəfəndinin kitabı Yunan dilinə tərcümə edilib
Bu günə qədər müxtəlif dillərə çevrilən və tirajı milyonlara çatan Fəthullah Gülən Xocaəfəndinin “İnsanlığın mahiyyətindəki sevgi (İnsanlığın özündeki sevgi)” adlı kitabı “Agapi ke anektikotita (Sevgi və xoşgörü) ” adı ilə Yunan dilinə də tərcümə edilib. Təxminən bir ay əvvəl “I sideris” nəşriyyatında işıq üzü görən əsər Fəthullah Gülənin Yunanıstanda çap olunan ilk kitabıdır.
Kitabın ön sözünü Afina Universitetinin Teologiya kafedrasının dekanı və Müqaisəli dinlər fəlsəfəsinin müəllimi professor Marios P. Begzos qələmə alıb. Sözügedən ön sözünü Əzhər universitetinin Ərəb dili və ədəbiyyatı, həmçinin İngilis dili və ədəbiyyatı fakultəsinini bitirən, mütəxəssis tərcüməçi kimi şöhrət tapan Persa Koumoutsi tərcümə etmşdir. Koumoutsi “Nobel” ədəbiyyat mükafatı laureatı misirli yazar Nəcib Məhfuz və Yusif Zeydanın əsərlərinini tərcümə etməklə yanaşı, beş romanın müəllifidir.
“Sideris” nəşriyyatının sahibi Andreas Sideris Fəthullah Gülən Xocaəfəndi kimi böyük şöhrətə malik bir mütəfəkkirin kitabını nəşr etməkdən məmnun olduğunu bildirib. Yeni nəşr olunsa da kitaba marağın yüksək olduğunu qeyd edən Sideris: “Bir-birimizi tanımaq üçün bu cür kitabların çap olunmasını zəruri hesab edirəm. Bu kitab nəşriyyatımızın “esse kitablar silsiləsini” zənginləşdirir. Kitabın üstün cəhəti də İslam mədinəyitini təhlil etməsindədir. O baxımdan əsər böyük əhəmiyyətə malikdir.
Yunanıstanın aparıcı qəzetləri Fəthullah Gülən Xocaəfəndinin Yunanıstanda işıq üzü görən kitabına geniş yer verib. 160 min tirajla nəşr olunan həftəlik “To vima” qəzeti sözü gedən kitab haqda bir səhifəlik məqalə dərc edib. Məqalədə kitabdan sitatlar gətirilib, F.Gülənin fikirləri və Hizmət hərəkatı işıqlandırılıb. Xəbərdə habelə qeyd edilib ki, İslam radikallıqdan uzaq bir sevgi dinidir və Fəthullah Gülən Xocaəfəndi terroru lənətləyir.
Fəthullah Gülən Xocaəfəndinin yunancaya tərcümə olunan 357 səhifəlik bu kitab Yunanıstan və Cənubi Kiprin bütün kitab dükanlarında satılır.
- tarixində yaradılmışdır.