Fəthullah Gülən Xocaəfəndinin qardaşı Seyfullah Gülən dünyasını dəyişib

Fəthullah Gülən Xocaəfəndinin qardaşı Seyfullah Gülən dünyasını dəyişib

Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin qardaşı Seyfullah Gülən Ərzurumda müalicə aldığı Şəfa xəstəxanasında səhərə yaxın dünyasını dəyişib.

Fəthullah Gülən Xocaəfəndinin qardaşı Seyfullah Gülən dörd ay əvvəl infarkt keçirmiş və Şəfa xəstəxanasında müalicə alırdı. Gülən bir ay əvvəl ikinci dəfə infakt keçirdiyinə görə reanimasiya şöbəsinə köçürülmüşdü.

Şəfa xəstəxanasının baş həkimi Səbahəddin Dalğa Seyfullah Gülənin nəfəs və ürək çatışmazlığından müalicə aldığını və səhər saat 07:30 radələrində dünyasını dəyişdiyini bildirib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.