Fəthullah Gülən Xocaəfəndinin vəkilindən açıqlama: “PKK iddiası tamamilə iftiradır”
Fəthullah Gülən Xocaəfəndinin vəkili Nurullah Albayraq 05.04.2014 tarixində Sabah qəzetində dərc edilən “Geləndən PKK-ya ittifaq məktubu” adlı xəbərinin tamamilə yalan və iftira olduğunu açıqlayıb.
Sabah qəzeti Gülən Xocaəfəndinin terror təşkilatı PKK-ya məktub yazaraq əməkdaşlıq təklif etdiyini iddia edib. Gülənin vəkili Nurullah Albayraq açıqlamada deyib: “Sabah qəzetinin manşetində yer alan “Güləndən PKK-ya ittifaq məktubu” adlı xəbər tamamilə yalan və iftiradır.” Açıqlamada Gülənin indiyədək heç bir zorakılıq hadisədə adı hallanmadığını vurğulayaraq xəbərin yalan və iftira olduğunu söyləyib.
Fəthullah Gülən Xocaəfəndin vəkili Nurullah Albayrağı yazılı açıqlaması:
İndiyədək heç bir zorakılıq hadisədə adı hallanmayan müvəkkilimi terror təşkilatı PKK ilə əlaqə qurmaqla ittiham etmək yalan və iftiradır. Həyatının demək olar bütün hissəsi xalqın arasında keçən, onlara hər zaman sülh, əmin-amanlıq və tolerantlığı tövsiyə edən, heç bir küçə hadisəsinə təşviq etməyən müvəkkilimin illeqal əlaqələrdə olmaqla ittiham etmək insafsızlıqdır.
Bugünədək meydanlar, qəzetlərdə, televiziyalarda və internetdə hüquqi, vicdani və əxlaqi prinsipləri heçə sayaraq atılan bütün iftiralar və edilən həqarətlərə görə məhkəməyə müraciət edildiyi kimi, bu iftiraya görə də lazımi tədbirlər görüləcəkdir. Hörmətlə ictimaiyyətə çatdırılır.
- tarixində yaradılmışdır.