Fəthullah Güləndən söz açılacaq

Danimarkanın ən nüfuzlu iki universitetində Fəthullah Gülənin dialoq və tolerantlıq fikirləri müzakirə ediləcək.

Dialoq-Forum Dərnəyinin Kopenhagen və Arhus Universitetləri ilə müştərək təşkil etdiyi konfransda Amerika alimi Cill Karroll və Danimarka alimləri Fəthullah Gülənin fikirlərini müzakirə edəcəklər.

Birinci konfrans bu gün ölkənin ən böyük universitetlərindən biri olan Arhus Universitetidə keçiriləcək. Huston Rice Universitetindən prof. Cill Karollun iştirak edəcəyi paneldə Arhus Teologiya fakültəsindən prof. Viggo Mortensen, Arhus Universiteti Qlobal Dialoq Proyekti Kordinatoru prof. Jesper Garsdal və Teologiya fakültəsindən prof. Mark Sedwick "Fəthullah Gülən və Dialoq" mövzusu haqqında müzakirə aparacaqlar.

İkinci konfrans isə çərşənbə günü Kopenhagen Universitetində keçiriləcək. Açılış çıxışını Danimarka professoru Jorgen Nielsenin edəcəyi konfransda prof. Cill Karrol "Mədəniyyətlər Dialoqu: Gülənin İslami Doktrinası və Humanizm Anlayışı " adlı seminar verəcək. Seminarın sonunda isə Danimarkanın şöhrətli alimlərindən prof. Riem Spielhaus çıxış edəcək. (Cihan Xəbər Agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.