Fəthullah Güləndən təşəkkür

Fəthullah Güləndən təşəkkür

Fəthullah Gülən Xocaəfəndi ötən cümə qardaşı Hasbi Nidai Gülənin vəfatından sonra başsağlığı verən dövlət rəsmiləri, iş adamları, media mənsubları və siyasətçilərə minnətdarlığını bildirdi.

Xocaəfəndinin iki səhifəlik təşəkküründə prezident Abdullah Gül, TBMM-in sədri Cəmil Çiçək və Baş Nazir Rəcəb Tayyib Ərdoğanın adları ilk sırada keçir. Fəthullah Gülən Xocaəfəndi çətin gündə ona dəstək olanlara təşəkkürünün ilk səhifəsində deyir: "Mərhum qardaşım Hasbi Nidai Gülənin həm müvəqqəti ayrılığından, həm də yas mərasiminə iştirak edə bilməməyimdən ötrü qəmgin, hüznlü və kədərli olduğum bir vaxtda başsağlığı göndərib dərdimə şərik olan dövlət rəsmilərinə, iş adamlarımıza və medianın çox qiymətli nümayəndələrinə təşəkkürümü və minnətdarlığımı çatdırmağı özümə borc bilirəm.".

Fəthullah Gülən Xocaəfəndi başsağlığı göndərən prezident Abdullah Gülə təşəkküründə: "Ən başda o qədər dövlət işlərinin arasında lütf edib başsağlığı göndərən prezidentimiz Abdullah Gül Bəyə" ifadələrinə yer verdi. Baş Nazir Ərdoğana təşəkküründə isə, "Ən başda işlərin çoxluğuna baxmayaraq zəng edib yaralı qəlbimə təsəlli verən və o aydın səsi ilə dostluğumuzun sarsılmaz olduğunu mənə bir daha xatırladan vəfa insanı Baş Nazirimiz Rəcəb Tayyib Ərdoğan Bəyə" sözlərinə yer verdi. İki səhifəlik təşəkküründə Xocaəfəndi kədərini bu cümlələrlə dilə gətirdi: "Bir səhər qardaşım Hasbi Nidai Gülənin vəfat etdiyini öyrəndim. Əlbəttə Ondan (c.c.) gəldik və yenə Ona (c.c.) gedirik. Diyari-qürbətdə aldığım bu neçənci hüznlü xəbərdi, bilmirəm. Dəfndə iştirak edə bilməməyim də hüznümə hüzn, kədərimə kədər qatdı."

Xocaəfəndi o cümlədən TBMM-nin sədr müavini və MHP millət vəkili Meral Akşənərdən sabiq TBMM sədri Hikmət Çətinə, TBMM sabiq sədri və sabiq Baş Nazirlərdən Yıldırım Akbulutdan Türk Ocaqlarının sabiq sədri Nuri Gürgürə, mərhum Alparslan Türkeşin həyat yoldaşı Səval Türkeş və övladlarından mərhum Aydın Menderesin həyat yoldaşı Ümran Menderesə və sənətçi Şivan Pərvərə qədər bir çox insana minnətdarlığını bildirdi.

Siyasətçilər dərdinə şərik oldu

Xocaəfəndinin təşəkkür etdiyi siyasətçilərdən bəziləri: Gömrük və Ticarət Naziri Həyati Yazıçı, Əmək və Sosial Müdafiə Naziri Faruq Çelik, Səhiyyə Naziri Rəcəb Akdağ, Nəqliyyat Naziri Binali Yıldırım, Xarici İşlər Naziri Əhməd Davudoğlu, Baş Nazirin Müavini Numan Qurtulmuş, CHP-nin sədr müavini Ərdoğan Torpaq, TBMM Çevrilişlərin Araşdırılması Komissiyası Sədri Nemət Baş, Ankara Şəhər Bələdiyyəsinin Sədri Məlih Gökçək...

İş dünyası və media mənsublarına təşəkkür

Fəthullah Gülən Xocaəfəndinin təşəkkürünü bildirdiyi iş dünyası və media nümayəndələrindən bəziləri: TOBB-un Sədri Rifat Hisarcıklıoğlu, Qoç Holdinq İdarə Heyətinin Sədri Mustafa Qoç, Əczaçıbaşı Holdinq İdarə Heyətinin Sədri Bülənt Əczacıbaşı, Doğuş Holdinq İdarə Heyətinin Sədri Fərid Şahənk, Doğan Holdinq İdarə Heyətinin Sədri Aydın Doğan, Çukurova Holdinq İdarə Heyətinin Sədri Mehmet Emin Karamehmet, Ciner Holding İdarə Heyətinin Sədri Turqay Ciner, Fəza Qəzetçilik A.Ş. İdarə Heyətinin Sədri Əli Akbulut...

{module Hasbi Gülen Vefat}

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.