Fəthullah Gülənə beynəlxalq sülh mükafatı

Fəthullah Gülənə beynəlxalq sülh mükafatı

Cənubi Koreyada təsis edilən və beynəlxalq aləmdə tanınmış Manhae (Manhi) sülh mükafatları bu il də yeni sahiblərinə təqdim edilib. Onların arasında beynəlxalq aləmdə böyük şöhrət qazanan Fəthullah Gülən əfəndi də var. Bu münasibətlə keçirilən mükafatları təqdimetmə mərasimində Cənubi Koreyanın yüksək səviyyəli dövlət xadimləri və beynəlxalq aləmdə tanınmış elm, ədəbiyyat, mədəniyyət nümayəndələri də iştirak ediblər. Fəthullah Gülən əfəndi mərasimdə iştirak edə bilmədiyindən sülh mükafatı GYV-nin rəhbəri Mustafa Yeşilə təqdim edilib. Mükafat təqdim edilməzdən öncə isə Fəthullah Gülən əfəndinin sivil dünyadakı sülh fəaliyyətinə və dünyanın hər yerində açılan məktəblərin bəşəriyyətin gələcəyinə verdiyi töhfələrə həsr edilən sənədli film nümayiş etdirilib. Təqdimetmə mərasimində çıxış edən Mustafa Yeşil Fəthullah Gülən əfəndinin bu mükafatı bütün könüllülər adından qəbul etdiyini və bundan qürur duyduqlarını söyləyib.

Qeyd edək ki, 1997-ci ildə təsis edilən Manhae mükafatı bu günə kimi dünyanın ən tanınmış adamlarına verilib. Onların arasında çoxlu Nobel mükafatı alan şəxslər də var.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.