Fəthullah Gülənə heyran olduğunu dilə gətirdi
Cənubi Afrikada Turkuaz Harmoniya İnstitutunun təşəbbüsü ilə Johannesburgda dialoq fəaliyyəti həyata keçirildi.
Cənubi Afrikanın katolikləri Ekümenizm və Dinlərarası Dialoq Komitəsi Rəhbəri Baş Keşiş Corc Danielin təklifi ilə “Fəthullah Gülən” və “Könüllülər Hərəkatı” katolik kilsəsində müzakirə edildi.
Cənubi Afrikada Turkuaz Harmoniya İnstitutunun (Turquoise Harmony Institute) təşkil etdiyi mədəniyyətlərarası dialoq fəaliyyətlərində iştirak edən və ötən günlərdə Türkiyəyə səfər edən komitə rəhbəri Daniel: "Müsəlmanlarla dialoq qurmaq istəyirdik, Fəthullah Gülənin fikirləri və rəhbərlik etdiyi fəaliyyətlər bizə çox təsir etdi, buna görə Türkiyədən qayıdanda yanvar ayının ilk yığıncağında “Könüllülər Hərəkatı”nı digər xristian din xadimlərinə də tanıtmaq istədik," – dedi.
İslam bizi tapdı
Turkuaz Harmoniya İnstitutu nümayəndələri Baş Keşiş Danielin dəvəti ilə Cənubi Afrikanın idarəetmə mərkəzi Pretoria şəhərində keçirilən konfransda: "Gülən Hərəkatı və Fəthullah Gülənin fəlsəfəsi" mövzusunda bir məruzə oxudu.
Yığıncağın açılışında çıxış edən Baş Keşiş Daniel bəzi kilsə nümayəndələrinin xristianlarla yanaşı, digər dinlərlə də dialoq qurma təkliflərini bildirdi. Təklifləri qəbul edildiyini, ancaq xüsusilə, “müsəlmanlarla dialoqa necə keçək” deyə düşünərkən Turkuaz Harmoniya İnstitutunun iftar yeməyinə dəvət edildiyini, beləliklə, müsəlmanlarla dialoqa keçmə problemlərinin həll olunduğunu deyən Daniel: "Biz İslamı axtarmaq məcburiyyətində qalmadıq, İslam bizi tapdı," – dedi.
Baş Keşiş Daniel çıxışında həmçinin Urfa səfərindən sonra Hz. İbrahimin bu şəhərdə dünyaya gəlmə ehtimalının daha məntiqli olduğunu düşünməyə başladığını dedi.
Fəthullah Gülən haqqında qısametrajlı filmlə başlayan seminar 30 dəqiqəlik təqdimatla davam etdi. Gülənin həyatından ibarət təqdimatda "Könüllülər Hərəkatı"nın başlaması, milyonlarla insanın dəstəklədiyi bu hərəkatın məqsədi barədə məlumat verildi.
Təqdimatı böyük maraqla izləyən Cənubi Afrikalı keşişlər təqdimatdan sonra kiçik dəstələr şəklində Turkuaz nümayəndələrinə daha geniş məlumat üçün suallar verdi, xüsusən, müxtəlif dinləri təmsil edənlərlə işbirliyi mövzuları görüşüldü.
Biz “barbar” deyilik; qərəzli baxışı biliklə aşmalıyıq
Cənubi Afrikanın hər bölgəsindən gələn keşişlərlə aparılan fikir mübadiləsində cəmiyyətin dialoq və “birlikdə yaşama” mövzusunda maarifləndirilmənin, dinlərasrası qarşıdurmaya səsəb olmadığını dünyaya çatdırmağın əhəmiyyəti vurğulandı.
Cənubi Afrikada türklərin qarşılaşdıqları çətinliklər haqqında İnstitut Müdiri Aydın İnal: "Bilirik ki, əksər millətlərə türklərin “barbar” olduğu deyilir. Sizə bizim “barbar” olduğumuzu deyənlər bizə də sizin insan yediyinizi deyərək bizi bir-birimizdən uzaqlaşdırdılar. Elm və informasiya dövrünün insanları kimi bu qərəzli düşüncələri biliklə aşmalıyıq," – dedi.
Çıxışda Fəthullah Gülən fəaliyyətlərinin yeganə məqsədi Allah rizası olduğu, lakin bunu anlamayan bəzi dairələrin dünyaya yayılan bu böyük fədakarlıqların arxasında başqa şeylər axtardığı ifadə edildi.
Yığıncaqda Türkiyənin inkişafını yaxından izlədiklərini deyən Cənubi Afrikalı iştirakçılar Gülənin bəraət qərarına məmnun olduqlarını dilə gətirdilər. Cənubi Afrikalı din xadimləri Türkiyədəki bəzi antidemokratik addımları anlamaqda çətinlik çəkdiklərini dedilər.
Cape Taunda "Gülen Movement" paneli
Turkuaz könüllüləri üçün halal süfrəli yığıncağın sonunda qarşılıqlı münasibətlərin və əməkdaşlığın əhəmiyyəti vurğulandı.
Turkuaz Harmoniya İnstitutunun verdiyi məlumata görə, mart ayında Cape Taun şəhərində təşkil olunacaq "Gülen Movement" mövzulu panelə görkəmli alim, din xadimi və siyasətçilər dəvət edildi. (Cihan)
- tarixində yaradılmışdır.