“Fəthullah Gülən Sülh və Dialoq Mükafatı” Nelson Mandellanın həyat yoldaşına verildi

Fəthullah Gülən Sülh və Dialoq Mükafatı Nelson Mandellanın həyat yoldaşına verildi

Mərkəzi Cənubi Afrikada yerləşən Turkuaz Harmoni İnstitutu “Fəthullah Gülən Sülh və Dialoq Mükafatı”nı əfsanəvi lider Nelson Mandelanın həyat yoldaşı Qraça Maçela verildi. Maçel: “Dünya məni insan hüquqları üzrə aktivist kimi tanıyır. Bu mükafatı qəbul edərək mən eyni zamanda böyük bir məsuliyyətimi də öhdəmə alıram”, dedi.

Yohannesburq şəhərində keçirilən təltifetmə mərasimində Cənubi Afrika İqtisadi İnkişaf Nazir Müavini Lenqiv Xayz (Hlengiwe Mkhize), Daxili İşlər Naziri Müavini Fatima Çohan (Chohan), Qautenq Baş Naziri Namvula Mokonyan (Nomvula Mokonyane), Türkiyənin Cənubi Afrikadakı Səfiri Kaan Əsənər, Şri Lankanın Pretoriyadakı Səfiri Şehan Ratnaval (Shehan Ratnavale), dünya şöhrətli futbolçu Sayfiv Tşabalala, Türk iş adamı Əli Qatırçıoğlu və s. iştirak etdi.

“Fəthullah Gülən Sülh və Dialoq Mükafatı”nı iş adamı Əli Qatırçıoğludan qəbul edən əfsanəvi lider Nelson Mandelanın həyat yoldaşı Qraça Maçel: “Əvvəla hazırda xəstəxnada yatan Nelson Mandelaya dua edən bütün Cənubi Afrikalılara təşəkkürlərimi bildirirəm. Bu mükafatı təkcə şəxsim adına qəbul etmirəm. Bu mükafatı ömrüm boyu acılarına şərik olduğum insanların adına qəbul edirəm. Ömrüm müharibə şəraitində yaşayan anaların, uşaqların acılarına, sevinclərinə şərik olmaqla keçdi. Həyatımı ailədə zorakılığa məruz qalan qadınlara həsr etdim. Körpələrə, qadınlara belə sevgisi, tolerantlığı qalmayan böyüklər olaraq biz, özümüzə sual verməliyik, “Nə oldu bizə!” Bu mükafatı qəbul etməklə bu zəif çiyinlərimə çox ağır bir yük qoymuş oldum. Bu mükafatı ofisimə qoyacağam, hər baxanda məsuliyyətlərimi xatırlayacağam”, dedi.

Mandelanın xəstəxanada tək qoymamaq üçün mərasimdən erkən ayrılan Maçel Cihan Xəbər Aqentliyinə verdiyi müsahibədə fikirlərini bildirdi: “Bu mükafatı mənə layiq görüb şərəf verdiniz. Çox təşəkkür edirəm. Turkuaz Harmoni İnsitutu Türkiyə və Cənubi Afrika, hətta Mozambik xalqı arasında körpü rolunu oynayır. İnsanları birliyə, bərabərliyə səsləyərək sağlam cəmiyyətin bünövrəsini qoyurlar”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.