Fəthullah Gülənin Düşüncələri Həyati Önəm Daşıyır

"Samanyolu" kanalında yayımlanan "Ayna" verilişinin Amerika Birləşmiş Ştatı səyahəti davam edir. Amerikanın Los Anceles ştatına səfər edən verilişin aparıcısı Saim Orhan şerif və iki alimdən Türkiyə və Fəthullah Gülən haqqında müsahibə aldı.

17 milyon əhalisi olan məşhur Los Anceles şəhərinin təhlükəsizliyi Şerif Leroy Bacaya əmanət edilmişdir. Amerika Birləşmiş Ştatlarının ən böyük polis təşkilatını idarə edən Şerif Baca Türkiyəyə 5 dəfə səfər etmiş Anadoluua aşiq bir insandır.

"Beş dəfə getdim Türkiyəyə. Türkiyə mənə görə, füsunkar bir ölkədir. Türkiyəyə getmə fürsəti əldə etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm, bu mənim üçün şərəfdir" deyən Los Anceles Şerifi Leroy Baca Fəthullah Gülənlə bağlı suallara da belə cavab verdi:

"Möhtərəm Gülən dünyanın ən böyük mütəfəkkirlərindən biridir. O, mən də daxil, bir çox insana təsir etmişdir. Mən onun böyük pərəstişkarıyam. O, bir insanın öz inancına sadiq qalaraq bütün Müsəlman, Xristian, Yəhudi və digər insanlara necə müsbət təsir göstərə biləcəyini və bir-birimizdən daha çox şey öyrənə biləcəyimizi göstərmişdir" deyərək Gülənin fikirlərinin bütün dünya üçün əhəmiyyət daşıdığını vurğulayır.

Gülən Barışın Əsl Memarıdır

"Burada əsas vurğulanası məqam Möhtərəm Gülənin barışın əsl memarı olmasıdır. O, həyata möcüzə kimi baxır, onun fikrinə görə hər bir həyat çox qiymətlidir və onları qorumaq lazımdır".

Aparıcı Saim Orhan Los Ancelesdə həmçinin öz sahəsində mütəxəssis olan iki alimlə də görüşdü. Onlardan biri doktor Jerard Vaythaus (Jerald Whitehouse), digəri də "İslam Ensiklopediyası" adlı kitabın müəllifi professor Juan de Kampa (Juan da Campo).

Professor Kampo Fəthullah Gülənlə bağlı fikirlərini belə dilə gətirdi: "Onun müxtəlif və fərqli milli və mədəni sərhədləri aşma qabiliyyəti, həqiqətən, çox təsiredicidir. Məncə, bunların hamısı onun dünyaya baxış tərzi ilə, dialoq və qarşılıqlı anlayış çağırışı ilə bağlıdır".

Doktor Vaythaus isə müasir dünyada Möhtərəm Fəthullah Gülənin düşüncələrinin həyati önəm daşıdığını söylədi:

"Fəthullah Gülənin düşüncələri əsasə də, bu gün həyati önəm daşıyır. Çünki İslam haqqında sensasiyalı xəbərlər verən Qərbdə artıq 'İslamdan heç müasir səslər eşitməyəcəyik?' harayları eşidilməyə başlandı. Bu baxımdan, xüsusilə, dininə böyük səmimiyyətlə bağlı bir insan kimi, məncə, Hörmətli Fəthullah Gülənin səsi, həqiqətən, böyük əhəmiyyətə malikdir."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.