"Fəthullah Gülənin əsərlərindən çox təsirləndim"
Dialoq Avrasiya Platforması (DAP) Qazaxıstan Komitə Rəhbəri və ölkənin məşhur filosoflarından Qarifolla Yesim: "Dünya ziyalılarının bir araya gələrək fikir mübadiləsi aparmağı həyati əhəmiyyət daşıyır," – dedi. Bu yaxınlarda İstanbul Şeraton Otelində Türk dilinə tərcümə edilən "Adəm-Zat" kitabının təqdimatını verən Yesim Türkiyədə çox səmimi qarşılandığını bildirdi. Astanada Cihan Xəbər Agentliyinə müsahibə verən Qarifolla Yesim beynəlxalq dialoq fəaliyyətlərində ölkəsini təmsil etdiyinə görə çox şad olduğunun bildirdi.
Ankarada keçirilən kitab təqdimatından sonra Baş Nazir Rəcəb Tayyib Ərdoğanın qəbulunda olduğunu bildirən Yesim: "Görüşdə Baş Nazir Ərdoğana Qazaxıstanda açılan Qazaxıstan-Türk Liseylərinin uğurlarından danışdım," – dedi.
"Dialoq Avrasiya Platforması Türkiyə-Qazaxıstan əlaqələrinin inkişafında böyük rolu var," – deyən Yesim, son dövrlərdə qeyri-hökumət təşkilatları böyük fəaliyyətlərə imza atdığını bildirdi. DAP-ın müxtəlif ölkə ziyalılarını bir araya gətirən təşkilat olduğunu bildirən Yesim: "Müxtəlif xalqların ziyalılarının bir araya gəlməsi, görüşməsi, fakir mübadiləsi etməsi çox gözəl şeydir. İnsan öyrəndiyini, gördüyünü və bildiyini başqaları ilə bölüşmək istəyir. Dil insana bilik mübadiləsi üçün, bilik düşünmək üçün, düşüncə isə bölüşmək üçün verilmişdir," – dedi.
Qələmə aldığı "Adəm-Zat" adlı fəlsəfi əsərində insanın müsbət cəhətlərinin inkişaf yollarından bəhs etdiyini və qarşılıqlı münasibətin əhəmiyyətini vurğuladığını dilə gətirən Qarifolla Yesim dünyada hər kəsin eyni fikirdə olmasını gözləmək səhv olduğunu dedi. Uzun illər yalnız bir düşüncənin hakim olduğu sosialist bir ölkədə yaşadıqlarını deyən Yesim: "Əgər sözlər doğrudursa, insanlar arasında körpü – münasibət qurular. Allah Uca Kitab – Qurani-Kərimdə: "Sizi bir-birinizi tanıyasınız deyə fərqli yaratdım" buyurur. Keçmişdə insanlar bir-birini anlamadığı üçün qılınca əl atmışlar," – deyə vurğuladı.
DAP-ın fikir öndəri Fəthullah Gülənin düşüncələri dünyada qəbul edildiyini bildirən Qazax yazıçısı Gülənin çox gözəl və aydın dilə malik olduğunu ifadə edərək: "Fəthullah Gülən İslam aləminin böyük mütəfəkkiridir," – dedi. Gülənin kitablarını böyük maraqla oxuduğunu və çox təsirləndiyini deyən Yesim: "Əgər insan oxuduğu kitabda özünü görə bilirsə, o kitab onun xoşuna gələr. Fəthullah Gülənin kitablarını oxuyanlar orada istədiyini tapır və fikirlərini başa düşür. Çünki Gülən insani dəyərlərdən bəhs edir. Əgər insan içdəki müsbət xüsusiyyətlərini inkişaf etdirsə, bu yol onu İslama aparar," – dedi.
"Qazaxıstanda illərlə təhsil sahəsində dinlə bağlı heç nə oxdulmadı," – deyən DAP Komitə Rəhbəri xalqın dinə olan tələbatını çox mədəni yolla həll olunacağını ifadə etdi. Yesim yazdığı "Dini Tanımaq" adlı kitabın məktəblərdə bu il dərs vəsaiti kimi istifadəyə verildiyini və bununla ilk addım atıldığını söylədi. "İslamiyyət xalqa mərhələ-mərhələ tanıdılmalıdır," – deyən Yesim: "Biz bu metodu Hörmətli Güləndə də görürük," – dedi.
- tarixində yaradılmışdır.